DSMF sədri Səlim Müslümov iranlı həmkarlarını qəbul edib

img

11-11-2009 [01:24]


Azərbaycanda səfərdə olan İran İslam Cümhuriyyəti İslam Şurası Məclisinin Sosial məsələlər komissiyasının sədri Ağayi Süleyman Cəfərzadənin başçılıq etdiyi nümayəndə heyəti Dövlət Sosial Müdafiə Fondunda (DSMF) olublar. DSMF-nun ictimaiyyətlə əlaqələr sektorundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ncə qonaqlara Fondun iş şəraiti ilə bağlı ətraflı məlumat verilib. DSMF sədri Səlim Müslümov qonaqları DSMF-nin iş fəaliyyəti, mərkəzləşdirilmış idarəetmə, fərdi uçotin avtomatlaşdırılması sistemləri, sosial sığorta şəhadətnamələrinin çapı mərkəzi ilə yaxından tanış edib. Daha sonra görüşdə S.Müslümov son illər ərzində DSMF-də görülən işlər haqqında məlumat verib. Perspektivdə həyata keçiriləcək tədbirlərdən bəhs edən DSMF sədri vurğulayıb ki, Azərbaycanda pensiyaların təyinatınin avtomatlaşdırılması istiqamətində aktiv işlər yaxın perspektivdə davam etdiriləcək. Nəticədə bu sahədə şəffaflıq tam təmin olunacaq. DSMF sədri həmçinin bildirib ki, Fondda bir gün ərzində 38 min məktubun çap edilməsinə imkan verən avadanlıq quraşdırılıb. Gələcəkdə hər ilin sonunda mərkəzləşdirilmiş avtomatlaşdırılmış internet sistemində olan hər bir sığortaolunanın fərdi hesabında il ərzində toplanan ümumi məbləğini və məbləğın hansı sığortaedən tərəfindən göndərildiyini əks etdirən göstəricilər çap edilərək ona göndəriləcək. Bununla yanaşı, insanlar internet vasitəsilə Fondun bazasına daxil olaraq sosial sığorta şəhadətnaməsinin nömrəsini daxil edib ona məxsus olan nə qədər məbləğin yığılması və vəsaitlərin hansı mənbələrdən daxil olduğu haqda məlumat ala biləcəklər. Ölkəmizdə 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanıldığını da qonaqların diqqətinə çatdıran S.Müslümov deyib kı, fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə İran 4-cü yerdə qərarlaşıb. İran parlament nümayəndə heyətinə rəhbərlik edən Ağayi Süleyman Cəfərzadə DSMF-də görülən işləri yüksək qiymətləndirb. ?Qısa müddət ərzində çox böyük uğurlar əldə etmisiniz?-deyən qonaq Azərbaycanın sığorta-pensiya sistemində əldə etdiyi müsbət təcrübənin digər ölkələr üçün nümunə ola biləcəyini deyib. Ağayi Süleyman Cəfərzadə İranın Sosial Təminat Təşkilatının fəaliyyəti barədə də məlumat verib. Görüşdə ölkəmizdə ikitərəfli əməkdaşliq perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda qonaqlara ölkəmizdə torpaq mülkiyyətçilərinin sosial sığorta sistemində iştirakı haqda ğeniş məlumat verilib və Azərbaycanda bu istiqamətdə görülən işlər İran nümayəndə heyətinin marağına səbəb olub. Sonda nümayəndə heyətinin rəhbəri Ağayi Süleyman Cəfərzadə DSMF sədrini İrana səfərə dəvət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA