KTN rəsmisi fermerləri məsuliyyətsizlikdə suçlayır

img

10-11-2009 [04:45]


?Bu il taxılçılıq sahəsində məhsuldarlıq zəifdir. Buna səbəb fermerlərin məsuliyyətsizliyidir. Onlar mineral gübrələrdən az istifadə etdiklərinə bu il taxılçılıq sahəsində məhsuldarlıq xeyli aşağı düşüb?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik və toxumçuluq şöbəsinin müdiri Sabir Vəliyev deyib. Onun sözlərinə görə, fermerlər hökumət tərəfindən onlara yaradılan şəraitə məhəl qoymurlar: ?Düzdür, son zamanlar hava şəraitinin pis keçməsi də məhsuldarlığın aşağı düşməsinə təsir göstərib. Ancaq ümumilikdə məhsuldarlığın aşağı düşməsinin əsas səbəbkarı fermerlərin məsuliyyətsiz davranışlarıdır. Elə yerlər var ki, məhsuldarlıq 70 sentnerdən yüksək olub. Əksər yerlərdə isə 25,6 sentner olub. Biz dəfələrlə onlara xəbərdarlıqlar etsək də, lazım olunan aqrotexniki tədbirlərə riayət etmirlər?. Şöbə müdiri onu da bildirib ki, hökumət tərəfindən fermerlərə yüksək şərait yaradılıb: ?Hökumət tərəfindən fermerlərə fosfor gübrəsini 70 faiz güzəştlə verir. Onlar müxtəlif texnika ilə də təmin edilir. Yanacağın kompensasiya edilməsinə hər hektara 40 manat verilir. Toxum istehsal edənlər dəyərinin 40 faizə qədərinə subsidiya verilir. Hökumət bundan artıq neyləsin? Nəzərinizə çatdırım ki, bölgələrdə bu sahədə fermerlərin əksəriyyəti savadsızdırlar. Bundan əlavə, bu sahələ ilə məşğul olanlar həm peşəkar deyil, həm də başqa ixtisas sahibidirlər. Bu problemlərin qarşısının alınması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müntəzəm olaraq, alimlər həmin bölgələr cəlb edilir və tövsiyyələr verilir. Demək olar ki, bu cür nöqsanlar əksər bölgələrdə mövcuddur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA