Köçkünlərə 5 ay müddətində ağ neft veriləcək

img

10-11-2009 [02:20]


Qış mövsümü ilə əlaqədar olaraq qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş ağ neftin verilməsinə artıq oktyabr ayının 1-dən başlanıb. Ağ neftin verilməsi 5 ay müddətində davam edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov məlumat verib. S.Hüseynov bildirib ki, verilən ağ neft hər ailə üçün 40 litr nəzərdə tutulub. S.Hüseynovun fikrincə, qaçqınlar və məcburi köçkünlər üçün verilən ərzaq yardımı 2008-ci ildən dayandırılıb: ?Dünyanın münaqişəli bölgələrində adətən 3 il, müstəsna hal olarsa, 5 il yardım göstərilir. Azərbaycanda isə BMT-nin ərzaq proqramı üzrə 15 il yardım göstərilib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA