Hökumət büdcə məsələsində ehtiyatlı davranır və riskə getmək istəmir

img

09-11-2009 [01:56]


?2009-cu ilin dövlət büdcəsində neftin baza qiyməti 70 dollardan götürüləndə təkidlə təklif etmişdik ki, 50 dollardan götürülsün. 2010-cu ilin dövlət büdcəsində neftin qiymətinin 45 dollardan götürülməsi başadüşüləndir. Hökumət bu məsələdə ehtiyat edir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında millət vəkili, tanınmış iqtisadçı Vahid Əhmədov bir çox millət vəkillərinin neftin baza qiymətinin gələnilki büdcədə 55-60 dollardan götürülməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib. İqtisadçının fikrincə, neftin qiymətinin büdcədə 45 dollardan götürülməsi bir o qədər də qeyri-obyektiv deyil: ?Çünki qlobal maliyyə böhranının nə vaxt başa çatacağını hələ proqnozlaşdırmaq mümkün deyil. Hələ gələn il bizi bir çox ?surprizlər? gözləyir. Neftin qiymətinin istər 45, istərsə də 55 dollardan götürülməsi problem deyil. Onsuzda neftin qiyməti dəyişəndə büdcəyə yenidən baxılacaq. Düzdür, neftin qiymətini büdcədə 5 dollar artıq götürdükdə təxminən büdcəyə 320 milyona yaxın əlavə vəsait daxil olur. Narazı olan millət ivəkillərini başa düşürəm. Əgər neftin baza qiyməti büdcədə 55-60 dollradan götürülsəydi, büdcədə təxminən 500-600 milyon manata yaxın kəsir azalardı. Bildiyimiz kimi, bu gün büdcədə 1 milyard 250 milyon manat büdcə kəsiri var. Hökumətin isə neftin büdcədə baza qiymətini 45 dollardan götürməsi riskə getməməsi ilə bağlıdır?. V.Əhmədov onu da bildirib ki, hökumət dövlət büdcəsindən sosial yönümlü sahələrə ayrılan vəsaitlərdə artımlar edə bilərdi: ?Hazırda bu məsələdə nə enmələr, nə də artımlar var. Dövlət büdcəsindən təxminən 35 faiz sosial sahələrə, 30 faizə yaxını isə investisiya layihələrinə ayırmalara sərf olunub. Hesab edirəm ki, hökumətin sosial yönümlü sahələrdə artırmalar etməməsinə səbəb maliyyə böhranının davam etməsidir. Bu, çox ciddi məsələdir. ABŞ maliyyə bazarına 1 trilyondan çox vəsait sərf elədi. Hələ də öz maliyyə bazarını stabilləşdirə bilmir. Ona görə də hökumət bu məsələdə ehtiyatlı davranır və riskə getmək istəmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA