09-11-2009 [01:53]
?Güzəran? Sosial Araşdırmalar İctimai Birliyinin ekspert qrupu ?Azərbaycan Respublikasının 2010-cu il dövlət budcəsı haqqında? qanun layihəsinin ilkin rəqyini hazırlayıb.
Dünya təsərrüfatı böyük depressiyadan sonrakı ən ağir böhran mərhələsindədir. Dünya iqtisadiyyatının əsas ağırlıq mərkəzində inkişaf etmiş ölkələrdə daha kəskin yaşanan bu qlobal böhran iqtisadiyyatın idarə edilməsi praktikasına çox ciddi təshihləri şərtləndirib. Bütövlükdə liberal iqtisadi sistemdən imtina olunmasa da, iqtisadiyyata dövlət müdaxiləsinin artması - maliyyə sektorunun, müxtəlif iri korparasiyaların birbaşa dövlətdən maliyyə dəstəyı alması, dövlətin qlobal iqtisadiyyatin stimullaşdırılması tədbirlərini gerçəkləşdirməsi artıq reallıqdır. Bu gerçəkliklər dövlət büdcə siyasətinin daha təkminləşməsinə, dövlət büdcə xərclərinin səmərəliliyinin mümkün qədər artırılmasını, büdcə vəsaitlərinin daha ünvanlı xərclənməsi, büdcə siyasətində ?sosial ədalət-iqtisadi effektivlik? ziddiyyətlərinin daha optimal uzlaşdırılmasını labüd edib.
?Güzəran? Sosial Araşdırmalar İctimai Birliyinin ekspert qrupu ?Azərbaycan Respublikasının 2010-cu il dövlət budcəsı haqqında? qanun layihəsinin ilkin qiymətləndirilməsinə bu aspektdən yanaşıb və ekspert qrupunun ilkin rəyinə görə, bu baxımdan layihəni ümumiyyətlə qənaətbəxş hesab etmək olar. Ilk olaraq, qeyd olunmalıdır ki, hökumət 2009-cu il budcə siyasətindəki ən böyük nöqsanlardan birini -?optimist? yanaşmanı təshih edib və layihənin konservativ əsaslarla tərtibini bütövlükdə büdcə siyasətinə düzgün yanaşma hesab etmək olar. Bu yanaşmanı yəqin ki, 2009-ci il dövlət büdcəsinin icrası- çevikliyi ilə seçilən və 2009-cu il büdcə qanunundakı nöqsanları qismən təshih edən icra formalaşdırıb.
Ekspert qrupu eyni zamanda hesab edir ki, dünya iqtisadiyyatında və neft qiymətlərindəki dinamik tərəddüdlər təkcə konservativ büdcə siyasətinə güvənməyə , sosial-iqtisadi inkişaf konsepsiyasının ?pessimıst? proqnozlar əsasında formalaşmasına zəmin yaratmır və bu dinamika çox variantlı layihələrin hazırlanmasına zərurət yaradır. Ekspert qrupu hesab edir ki, 2013-cü il büdcə gəlirlərinin 2010-cü il göstəricisindən 9,9 faiz çox, xərclərin isə 5,6 faiz çox proqnozlaşdırılması və.s bu kimi göstəricilər gerçəkliklərin nəzərə alınması deyil, gərəksiz və əsassız ?ehtiyatı siyasət? nümunəsi, yaxud hökumətin fəaliyyətsizliyinə zəmin yaratmaq niyyətindədir.
Ekspert qrupu 2010-cu il vergi-büdcə siyasətində mənfəət vergisinin 20 faizə qədər azaldılmasının, gəlir vergisinin maksimal dərəcəsinin 35 faizindən 30 faizə qədər azaldılmasının, hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mənfəətinin vahid dərəcə ilə - 20 faiz ilə vergiyə cəlbinin nəzərdə tutulmasını büdcə siyasətinin ən uğurlu məqamlarından biri hesab edir. Ekspert qrupu həmçinin hesab edir ki, bu tədbirlərin tam effektivliyi üçün ? istehsalı, investisiyaları stimullaşdırması üçün sistemli yanaşma tələb olunur və bu baxımdan əmlak vergisi, yol vergisi, aksiz üzrə təkmişlləşmələrə də ehtiyac vardır.
Ekspert qrupu 2010-cu il büdcə layihəsi üzrə dövlət büdcə gəlirlərində qeyri-neft sektorundan daxil olmaların mütləq ifadə artımını - 3570.0 mln manata, yaxud 2005-ci ilin müvafiq göstəricisində 2, 4 milyard, 2008-ci ilin müvafiq göstəricisindən isə 1,4 milyard manat çox olmasını olduqca müsbət bir meyl hesab edir və eyni zamanda dövlət büdcəsinin ?neft asılılığı? əmsalının olduqca yüksək həddə çatmasını ? gəlirlərin 64,5 faizinin neft sektoruna aid olmasını məqbul vəziyyət hesab etmir.
Ekspert qrupu, vergi daxilolmaları ilə Neft Fondundan transferlərin həcminin təxminən bərabər olmasını büdcə siyasətinin təhrifi kimi qiymətləndirir və hesab edir ki, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergitutma işinin səmərəli təşkili ilə bu vəziyyəti dəyişdirmək mümkündür. Ekspert qrupu qeyri-neft sektorundan büdcə gəlirlərinin qeyri-neft ÜDM-nin 21, 7%-ni təşkil etməsini, neft sektorundan gəlirlərin isə neft ÜDM-nin 54%-ə bərabərləşməsini büdcə siyasətinin çox nöqsanlı bir aspekti hesab edir.
Ekspert qrupu hesab edir ki, 2010-cu il dövlət büdcə xərclərinin proqnozlaşdırılan həcmi -11milyard 264 milyon manat Azərbaycan əhalisinin zəruri ictimai tələbatlarını minimal həddə ödəməyə, fəal dövlət investisiya siyasətini gerçəkləşdirməyə imkan yaradır. Eyni zamanda büdcə xərclərinin 2008-ci il büdcə xərclərindən cəmi 499 milyon manat çox olması, yaxud 2009-cu il proqnozlarından azlığını müsbət bir meyl hesab etmir. Ekspert qrupunun rəyinə görə bu vəziyyət öncə qeyd olunan məqamlarla ? vergi qanunvericiliyi və vergitutma işinin yetərincə təkmişlləşdirilməsindən, 2007-2009-cu illərdə büdcə siyasətindən yol verilən nöqsanlardan yaranıb.
?Güzəran? SAİB-nin ekspert qrupu 2010-cu il büdcə layihəsində sosial sferaların maliyyələşməsinə ayrılan vəsaitlərin mütləq ifadədə həcminin zəruri sosial-ictimai tələbatların ödənilməsinə əsas yaratdığı rəyindədir və hesab edir ki, təhsil xərclərinin 2009-cu ilin gözlənilən icraçı ilə müqayisədə 180 milyon manata, 2008-ci il müqayisədə 300 milyon manata yaxın artırılması, səhiyyə xərclərində müvafiq artımların 67 və 133 milyon manata bərabərləşməsi kimi meyllər müsbət qiymətləndirilməlidir. Bununla birgə ekspert qrupu ümumi dövlət xidməti xərclərinin bir ildə 350 milyon manata qədər, məhkəmə və hüquq-mühafizə xərclərinin 150 milyon manata qədər artırılması kimi tendensiyaları büdcə xərclərinin səmərəliliyinin artırılması baxımından gərəkli hesab etmir. Əlbəttə ki, ekspert qrupu büdcə xərclərinin müxtəlif istiqamətlər üzrə artımında riyazi qanuna uyğunluqlar əsasında mühakimə yürütməyi yanlış hesab edir və bu baxımdan funksional istiqamətlər üzrə xərclər artımının müqayisəsini büdcə xərclərinin səmərəliliyini müəyyənləşdirən meyar hesab etmir. Ancaq büdcə vəsaitlərinin daha optimal bölgüsünün zərurətini diqqətə çatdırmaq istəyir və xüsusi qeyd etmək istəyir ki, optimal bölgü baxımından müdafiə xərclərinin daha üstün artırılmasına ehtiyac vardır.
?Güzəran? SAİB-nin ekspert qrupu sosial yönümlü büdcə xərclərinin konkret tədbirlər proqramlarının maliyyələşməsinə yönələn hissəsinin ötən illərə nisbətən artırılmasını müsbət bir tendensiya hesab edir və eyni zamanda bu qənaətdədir ki, bir sıra sosial sferalarda ? xüsusilə, təhsil və səhiyyə sferalarında xərclərin səmərəliliyinin artırılması köklü islahatların reallaşmasından əhəmiyyətli dərəcədə asılıdır.
Ekspert qrupu dövlətin fəal investisiya siyasətini aparmasını təkcə uzunmüddətli, dayanıqlı və dinamik iqtisadi inkişafın zəruri infrastruktur bazasının yaradılması baxımından deyil, həm cari iqtisadi problemlərin həlli baxımından təqdirəlayiq hesab edir. Ekspert qrupunun rəyinə görə qlobal iqtiadi böhran şəraitində belə investisiya fəallığı məşğullun artırılmasının, daxili istehsalın stimullaşdırılmasının, ümumiyyətlə qlobal böhranın təsirinin minimallaşdırılmasının ən effektiv vasitələrindəndir. Bu baxımdan 2010-cu il büdcəsində əsaslı xərclər 4,38 milyard, investisiya xərclərinə isə 3, 55 milyard manat vəsait ayrılması büdcənin böyük ?nöqsanı? kimi dəyərləndirilməyib.
Ekspert qrupu böyük infrastruktur lahiyələrə - nəqliyyat layihələrinə, energetika və sənaye layihələrinə - 2,55 milyard manat vəsait ayrılmasını da ümumiyyətlə büdcə xərclərinin səmərəliliyi baxımından nöqsan hesab etmir. Ancaq mədəniyyət obyektlərinin tikintisi, bərpa və təmirinə 191 milyon manat, inzibati obyektlərin tikinti və təmirinə 124 milyon manat vəsait ayrılması kimi məsələləri, əsaslı vəsait qoyuluşu strukturunun qeyri-təkmilliyi kimi qiymətləndirir. Ekspert qrupu dövlət investisiya xərclərinin səmərəliliyin artırılmasında hökumətin bəyan etdiyi bir məqamı ? bu xərclər haqqında tam şəffaflığın təmin edilməsini olduqca zəruri hesab edir və bir çox layihələr üzrə - xüsusilə də nəqliyyat layihələri üzrə xərclərin şişirdilməsi, bu layihələrin reallaşması zamanı dövlət vəsaitlərinin mənimsənilməsi barədə ictimai fikirdə mövcud olan narahatçılığı əsassız saymır . Bu baxımdan dövlət investisiya layihələrinin xərcləri barədə istər büdcə prosesi daxilində, istərsə də digər mexanizmlər vasitəsilə ictimaiyyətdə daha dolğun, daha ətraflı məlumat verilməsi zəruridir. Yəqin ki, əhalinin bir çox məsələlər barədə ətraflı məlumatlandırılması ? məsələn, inşası 2010-cu ildə nəzərdə tutulan körpülərin hər birinə nə qədər maliyyə vəsaiti ayrılması, 32 milyon manata əlil və şəhid ailələri üçün neçə ev tikiləcəyini bilməsi düzgün olardı və 2010-cu il dövlət büdcəsi sənədlərində bu baxımdan informasiya qıtlığının olması nöqsanlı haldır.
?Güzəran? SAİB-nin ekspert qrupu 2010-cu ildə kənd təsərrüfatının dəstəklənməsi və ölkənin ərzaq təhlükəsizliyinin təminatı tədbirlərinə 111, 5 mln manat vəsait ayrılması çox müsbət bir addım kimi qiymətləndirir və hesab edir ki, bu xərclərin effektivlik səviyyəsinin daha da artırılması üçün tədbirlərin icrasında şəffaflığı təmin olunmalıdır.
Ekspert qrupu sahibkarlığın inkişafına 44 milyon, aqrolizinqin inkişafına 35 milyon, fermerlərə kreditlərə 10 milyon manat vəsait ayrılmasını yetərli hesab etmir və ekspert qrupunun rəyinə görə dövlət büdcəsinin mövcud imkanları daxilində bu istiqamətlərə dəfələrlə çox vəsait ayırmaq olar. Ekspert qrupu 2010-cu ildə sahibkarlığın dəstəklənməsinə 2005-ci ilə nisbətən cəmi 4 milyon manat çox vəsait ayrılmasını büdcə xərclərinin səmərəliliyinin artırılması baxımından müsbət qiymətləndırmır. Elmi-tədqiqatın maliyyələşməsinə cəmi 98 milyon manatın ayrılması da elm sferasının inkişafına maliyyə əsası yaratmır və bu sferada köklü idarəetmə struktur islahatları ilə birgə sövlət maliyyə dəstəyinin dəfələrlə artımına ehtiyac vardır.
Ekspert qrupu bütövlükdə sosial müdafiə xərclərinin ? dövlət büdcəsi və DSMF xərcləri üzrə vəsaitlərin həcminin dövlət büdcəsi və DSMF-in məcmu xərclərinin 19,3%-ni təşkil etməsini, yaxud sosial müdafiə və sosial təminat üzrə xərclərin dinamik artımı müsbət qiymətləndirir. Ekspert qrupu eyni zamanda hesab edir ki, həm dövlət büdcəsi hesabına, həm də ?gizli məşğulluğu? sosial sığorta ödənişlərinə cəlb etmək hesabına bu sferaya ayrilan vəsait həcmini ciddi artırmaq olar. Ekspert qrupu hesab edir ki,bu xərclərin ünvanlılıq səviyyəsinin yüksəldilməsi olduqca vacibdir.
Ekspert qrupu istər ünvanlı sosial yardıma ayrılan 210 milyon manatı, istər qaçqın və məcburi köçkünlərə ayrılan 88,8 milyon manatı mütləq ifadədədə yüksək hesab etməsə də,bu xərclərin daha ünvanlı sərfini zəruri sayır.
Ekspert qrupu DSMF-dən məşğulluq tədbirlərinə 10,7 milyon manat, əlillərin sosial müdafiəsinə 3,7 mln manat ayrilmasını, bu vəsaitlərin müvafiq olaraq 44,6% və 45,7%-nin məşğulluq və əlillərin sosial müdafiə orqanlarinin saxlanilmasi ücün nəzərdə tutulmasini sosial müdafiənin mahiyyətcə təhrifi kimi qiymətləndirilir. Ekspert qrupu pensiya təminatında aparılan islahatların əsas xəttini ?pensiyanın sığorta hissəsinin ədalət prinsipi əsasında müəyyənləşdirilməsinə cəhdi müsbət dəyərləndirir və bununla birgə ekspert qrupunun rəyinə görə pensiyanın sığorta məbləğinin yanlız bir meyar - əmək stajı əsasında hesablanması ədalət prinsipinin təhrif olunmasıdır.
Azərbaycan Respublikası 2010-cu il dövlət büdcəsi haqqında qanun layihəsinin ilkin monitorinqini həyata keçirən ekpert qrupunun ilkin rəyinə görə sadalanan nöqsanlı cəhətlərlə birgə layihə Azərbaycan xalqının ictimai tələbatlarının ödənilməsi, ölkənin dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi baxımından faydalıdır.
İlkin rəy Azərbaycan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?Azərbaycanda büdcə xərclərinin səmərəliliyinin monitorinqi? layihəsi çərçivəsində hazırlanıb