?Azərfon? 3G-nin istifadəsinə hazırlazır

img

06-11-2009 [01:45]


?2009-cu ilin 9 ayı ərzində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 778,6 milyon manat təşkil edib?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün YAP-ın qərargahında 2009-cu ilin 9 ayının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirib. Ə.Abbasovun sözlərinə görə, telekommunikasiya sektoru üzrə 10,3 faiz, poçt sektorunda isə 17,8 faiz təşkil edib: ?Azərbaycanın bütün əraziləri demək olar ki, telefonlaşdırılıb. Xüsusən mobil sektorda canlanma var. Bu sektorda istifadə sıxlığı təxminən 80 faizdən artıqdır. İnternet istifadəçiləri də artmaqdadır. Belə ki, beynəlxalq reytinq təşkilatlarının verdiyi məlumata görə, 27 faizdən 37 faizədək dəyişir?. Nazir deyib ki, uğurlardan biri də artıq Azərbaycanda analoq radio sistemlərindən rəqəmsal sistemə keçiddir: ?2012-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqının tələblərinə uyğun olaraq bu proses yekunlaşacaq. Əsas nailiyyətlərdən biri də Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafıdır. Həmçinin ?xalq kompüteri? öz bəhrələrini verməkdədir. Bu, əsasən təhsil sistemində yayılır. Artıq buna gözlənildiyindən də çox tələbat yaranıb. Belə ki, təhsil sistemində layihənin ikinci mərhələsi həyata keçirilir. Artıq sosial sferalarda da bunun təbliği nəzərdə tutulur. Bundan sonra iki regional layihə ? regional innovasiya zonası və transavropa-asiya və super informasiya magistral layihələr və s. həyata keçirilməyə başlayıb. ?Elektron imza? layihəsi bu il başa çatır. Onun praktiki həyata keçirilməsi isə 6 ay uzadılaraq gələn ilin ikinci yarısından Azərbaycanda elektron imza istifadə ediləcək?. Ə.Abbasovun sözlərinə görə, transavropa-asiya və super informasiya magistral layihəsi beynəlxalq təşkilatlarda müzakirə olunur: ?Bu layihə BMT-nin 64-cü il assemblyasiyasında artıq müzakirə mərhələsində olub. Hesab edirik ki, bir neçə aydan sonra BMT buna siyasi dəstək verəcək, bu siyasi dəstəkdən sonra konsersium yaradılması, investorların cəlbi başlayacaq. Yəni layihənin reallaşmasında heç bir maneələr yoxdur?. 3 və 4G-nin Azərbaycanda tətbiqinin gecikdirilməsinin səbəbinə gəlincə, nazir bildirib ki, adıçəkilən texnologiyalar müəyyən radiotezliklərin ayrılması və onların xüsusi istifadəsinin verilməsini tələb edir: ?Amma 2001-ci ilə qədər hələlik bu texnologiyalardan heç dünyada da danışılmırdı. Artıq ?Azərfon? planlaşdırır ki, 3G-ni Azərbaycanda istifadəyə versin. O cümlədən yaxın vaxtlarda ?Azersell? də buna qoşulacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA