Dazınmaz əmlak bazarının vəziyyətini müzakirə edilib

img

06-11-2009 [01:38]


?Əmlak Bazarı İştirakçılar? İctimai Birliyi beynəlxalq əməkdaşlıq çərçivəsində növbəti görüşünü keçirib. Türkiyənin tanınmış qiymətləndirmə şirkətlərindən biri olan ?Çelen? Şirkəti ilə Birliyin ofisində keçirilən görüşdə əsas müzakirə mövzusu Azərbaycanın daşınmaz əmlak bazarının mövcud vəziyyəti, daşınmaz əmlak sahəsində qiymətləndirmə fəaliyyətinin vəziyyəti, perspektivləri olub. Ölkəmizin inkişaf etməkdə olan daşınmaz əmlak bazarına böyük maraq göstərən türkiyəli qonaqlara paytaxtın daşınmaz əmlak bazarının bütün seqmentləri ilə bağlı, xüsusilə də onları daha çox maraqlandıran qeyri-yaşayış sahələri seqmenti üzrə ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb. Türkiyəli qonaqlar daha çox Bakı şəhərində Biznes və Ticarət Mərkəzlərinin fəaliyyəti, mövcud vəziyyəti, həmçinin gələcək perspektivləri ilə maraqlanıblar. Bu məsələlər və digər məqamlarla bağlı ortaya çıxan bir çox sualları cavablandıran ?ƏBİ? İB-in rəhbərliyi eyni zamanda qardaş ölkənin daşınmaz əmlak bazarı və türkiyəli qonaqların çoxillik təcrübəsi ilə bağlı bir sıra məqamları müzakirə ediblər. Görüşdə həmçinin daşınmaz əmlak bazarının araşdırılması, qiymətləndirmə sahəsində təcrübə və fikir mübadiləsinin aparılması üçün gədəcəkdə daha geniş şəkildə görüşlərin təşkil edilməsi, yaxından əməkdaşlıq əlaqələrinin quruluması, o cümlədən Birliyin üzvü olan qiymətləndirmə şirkətləri ilə ?Çelen? şirkəti arasında əlaqələrin qurulması barədə ilkin razılıq əldə edilib. Görüşdə ?Əmlak Bazarı İştirakçılar? İctimai Birliyinin sədri Elman Əsədov, icraçı direktor Ramil Osmanov, ?Çelen? Şirkətinin Prezidenti Günüz Çelen, şirkətin digər məsul şəxsləri Zühal Karabaş və Ömer Çufadar iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA