Elmir Vəlizadə: ?Azərbaycanda iKT sektorunun gəliri energetika sektorunun gəlir səviyyəsindən yüksək olacaq?

img

05-11-2009 [02:31]


Bu gün ?Hyatt-Regency? otelində Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ilə bağlı konfrans keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, BMT-nin İnkişaf Proqramı Ofisinin direktoru Jens Wandel, ?Azercell-Telecom? şirkətinin Baş müşaviri Vahid Mürsəliyev və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən E.Vəlizadə bildirib ki, son illərdə Azərbaycanda İKT sektorunun sürətli inkişafı ölkə iqtisadiyyatına nəzərəçarpacaq dərəcədə təsir göstərir: ?Bu isə öz növbəsində Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesinə xeyli təsir edir. Bu gün İKT sektoru öz inkişaf tempinə görə Azərbaycanın milli iqtisadiyyatının energetika sektorunda 2-ci yeri tutur. Son illər ərzində sözügedən sektor üzrə illik artım 30-35 faizə çatıb. Bu tendensiyanın gələcəkdə də davam etdirilməsi gözlənilir və bu o deməkdir ki, yaxın bir neçə il ərzində İKT sektorunun gəlir səviyyəsi energetika sektorunun gəlir səviyyəsindən yüksək olacaq. Bu rəqəmin 2018-2020-ci illər ərzində daha da artacağı proqnozlaşdırılır. Qloballaşma və Azərbaycanın dünya ictimaiyyətinə inteqrasiyası şəraitində ölkədə informasiya texnologiyaları sektorunda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi çox vacibdir və belə tədbirlər beynəlxalq ictimaiyyətə ölkənin informasiya texnologiyaları bazarını təmsil edən özəl şirkətlər və dövlət təşkilatları ilə daha yaxından tanış olmaq imkanı yaradır. Keçirilən bu sərgilərin ən önəmverici xüsusiyyəti məhz həmin texnologiyaların ictimaiyyətə çatdırılmasıdır?. ?Azercell Telecom? şirkətinin Baş müşaviri Vahid Mürsəliyev isə çıxış edərək, ?Azercell?in gəlirləri haqqında məlumat verib. Bildirib ki, ?Azercell?in gəlirləri 2020-ci ildə neft gəlirlərin səviyyəsinə çatacaq: ?İnformasiya texnologiyalarının 70 faizdən çoxu mobil rabitənin, demək istərdim ki, ?Azercell?in payına düşür. ?Azercell? bu il ərzində 1 milyon sərmayə yatırıb. ?Azercell? yaranan gündən bu günə kimi 12 mindən artıq iş yeri yaradıb. Bu da neçə min nəfərin işlə təmin olunması deməkdir?. Sonra tədbir həmin otelin ?Bakı? zalında davam etdirilib. Tədbirdə Yüksək Texnologiyalar üzrə Elmi-Tədqiqat Mərkəzinin direktoru və professor Sevda Abdullayeva, Yaponiyanın ?Osako? Universitetinin Mexaniki-Mühəndis Departamentinin professoru Yoshikazu Nakayama və Türkiyədəki ?Ege? Tibb Universitetinin əməkdaşı iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA