Azərbaycan Dövlət Neft Fondu Şəffaflıq indeksi üzrə cədvəldə yüksək yeri tutub

img

04-11-2009 [03:07]


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ?Linaburq-Meduel Şəffaflıq İndeksi? cədvəlində yüksək yeri tutub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Linaburq-Meduel Şəffaflıq İndeksi? Suveren Fondlar İnstitutunun (http://www.swfinstitute.org) təsisçiləri Karl Linaburq və Maykl Meduel tərəfindən hazırlanmışdır. Bu indeks Suveren Fondların şəffaflığın təmin edilməsi sahəsində fəaliyyətinin qiymətləndirilməsi metodudur. Bu indeks 10 meyardan ibarətdir və hər meyar 1 balla qiymətləndirilib. ARDNF 10 balla 45 suveren fond arasında səkkiz ölkənin suveren fondları ilə birgə birinci yerdə qərarlaşıb. Renkiqdə ilk yeri Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə yanaşı Çili, Birləşmiş Ərəb Əmirliyi (Mubadala), Sinqapur (Temasek), İrlandiya (NPRF), ABŞ (Alaska), Norveç (GPF) və Yeni Zelandiyanın suveren fondları tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA