Vüqar Bayramov: ?Türkiyə Azərbaycandan təbii qazı 250 dollara alacaq?

img

04-11-2009 [01:51]


?Türkiyə ilə Azərbaycan arasında təbii qazla bağlı danışıqların növbəti raundu məhsuldar olacaq. Artıq rəsmi Ankara Azərbaycandan alınan təbii qazın qiymətində yüksəlişlərin olacağını bildirib. Bundan əlavə, əvvəlki dövrdə alınan qaza görə ödənişlərdə yaranmış fərqi rəsmi Bakıya ödəmək fikrindədirlər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bu həftə Azərbaycan-Türkiyə arasında qaz danışıqlarının növbəti mərhələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu məsələdə tərəflər daha anlaşıqlı mövqe nümayiş etdirəcəklər: ?Bu günə qədər Azərbaycan Türkiyəyə 8 milyon kub metr qaz ixrac edib. Türkiyə də bunun qarşılığında 8 milyonun hər min kub metrinə 120 dollar ödəyib. Türkiyəyə qazın aşağı qiymətə satılması hər il Azərbaycana 1,8 milyon dollar vəsaitin daxil olmamasına səbəb olub. Amma Rusiyanın ?Qazprom? şirkəti ölkəmizdən alınan qazın hər min kub metrinə 340 dollar ödəyib. Onu da qeyd edim ki, rəsmi Ankara 1,8 milyon dollar fərqi tamamilə ödmək fikrində deyil?. İqtisadçı-ekspert hesab edir ki, Türkiyə Azərbaycandan təbii qazı 250 dollara almağa başlayacaq: ?Bundan əlavə, Türkiyənin alternativ qaz imkanları məhduddur. Baxmayaraq ki, Türkiyə Rusiya və İrandan qaz almağa çalışır. Türkiyənin İrandan alacağı qaz yalnız onun bir hissəsini təbii qazla təmin etmək imkanındadır. Yəni, İranın hesabına qaz ehtiyatlarının ödənilməsi tamamilə absurddur. Eyni arqumenti Rusiya qazına da şamil etmək olar. Bir məsələ var ki, Rusiya Türkiyə bazarında deyil, Avropa bazarında öz inhisarçılığını qoruyub saxlamağa çalışır. Ona görə də bütün hallarda Türkiyənin Azərbaycanda başqa çıxış yolu yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA