Əmanətlərinizi banklarda manatla saxlayın

img

03-11-2009 [03:12]


?Söhbət manatın ciddi ucuzlaşmasından getmir. Bu müəyyən kurs dəyişikliyidir. Neftdən gəlirlər hesabına Azərbaycanın kifayət qədər valyuta ehtiyatları formalaşıb. Əslində, böhran çərçivəsində manatın ucuzlaşacağı proqnozlaşdırılırdı. Lakin neftdən gələn vəsaitlər hesabına manatın kursu sabit saxlanıldı?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?İqtisadi Təşəbbüslərə Yardım? İctimai Birliyinin sədri Azər Mehtiyev bu ilin son 10 ayının yekunana görə, manatın əsas xarici valyutalara nisbətən ucuzlaşmasına münasibət bildirərkən deyib: ?Bizi daha çox manatın avro və funt-sterlinqə nisbətən ucuzlaşdığını görürük. Real iqtisadi vəziyyətdən çıxış etsək, manata daha çox zərər dəyməli idi ki, nəyinki indi?. İqtisadçı-ekspert onu da bildirib ki, manatın ucuzlaşması uzunmüddətli olmayacaq: ?Artıq hiss edilir ki, Mərkəzi Bank bu məsələdə daha çox ehtiyatlı addımlar atır. Hesab edirəm ki, büdcəmizin indiki vəziyyəti elədir ki, Mərkəzi Bank kursu bir qədər buraxmaq məcburiyyətində qalıb. Bir tərəfdən manatın kursun buraxılması, digər tərəfdən isə manatın kursunun sabit saxlanılması ziddiyyətli məqamları ortaya çıxardır. Bundan əlavə, bu prosesin nə vaxta qədər davam edəcəyini də indidən söyləmək çox çətindir. Bütün bunlara baxmayaraq, vətəndaşların öz əmanətlərini banklarda daha çox manatla saxlaması məqsədəuyğundur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA