Keyfiyyətsiz balıq məhsulu satan mağaza sahibləri cərimə olunub

img

02-11-2009 [04:51]


Balıq və balıq məhsulları ilə bağlı aparılan monitorinqlər yekunlaşıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, 48 nümunə üzərində müayinələr aparılıb: ?Onlardan fiziki-kimyəvi göstəricilərinə görə nöqsanlar aşkarlanmasa da, bakteoroloji göstəricilərinə görə 8 nümunədə qeyri-kafi nəticə əldə olunub. Bu məhsullar ?Dalğa? firmasına xas olub. Lakin həmin məhsullar üzərində aparılan təkrar müayinlər zamanı bəlli oldu ki, məhsullar istehsal sexində yox, mağazalarda çirklənməyə məruz qalıblar. Yol verilmiş nöqsanlara görə mağaza sahibləri inzibati qaydada cərimə olunublar?. İ.Abdullayev deyib ki, hazırda çörək və un məmulatları üzərində moniorinqlər aparılır: ?Monitorinqlər noyabr ayının 16-da yekunlaşacaq. Nəticələr noyabrın 20-də bəlli olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA