Mənzil bazarında cüzi qiymət artımı baz verib

img

29-10-2009 [05:43]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi (ƏBİ) ilkin mənzil bazarı ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, 2009-cu ilin sentyabr ayının sonuna Bakı şəhəri üzrə tikintisi davam etdirilən yeni tikililərin sayı keçən aydakı 476 ədədə qarşı 456 ədəd olub. Ay ərzində 22 binada satış tamamlandığına görə, siyahıdan çıxarılıb və eyni zamanda yeni aşkarlanan 2 bina isə monitorinq siyahısına əlavə olunub. ?ƏBİ? İB-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 456 binanın inşası 154 tikinti təşkilatı tərəfindən aparılır. Keçən ay 476 binanın tikintisi 177 tikinti şirkəti tərəfindən həyata keçirilirib: ?Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 63,4% təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib?. ?ƏBİ? İB-dən o da bildirilib ki, şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti avqust ayı ilə müqayisədə sentyabr ayı ərzində daha 0,8% artaraq 948 $/kv.metrdən 956 $/kv.metrə qalxıb: ?Orta qiymətə uyğun olaraq, qiymət indeksi də 2,9 bənd artaraq 362,9 bəndində qərarlaşıb. Qiymət artımı qiyməti nisbətən ucuz olan binalarda qeydə alınıb. Qiymət artımının əsas səbəbi kimi isə monitorinq qrupunun siyahısına daxil olan binaların əksəriyyətində tikinti işlərinin başa çatması göstərilir. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı kimi 121,8 kv.m qalıb. Orta blok göstəricisi ötən ayla müqayisədə artaraq (4,3%) 2,4 blok, orta mərtəbə göstəricisi isə ötən aydakı kimi 14,9 mərtəbə təşkil edib. Ay ərzində qiymət artımı Yasamal rayonu üzrə 2,6%, Nərimanov rayonu üzrə 2%, Nizami rayonu üzrə isə 1,1%, Nəsimi rayonu üzrə 2,8% olub. Qiymət azalması isə Səbail rayonunda 2,9%, Suraxanı rayonu üzrə 10,6%, Binəqədi rayonu üzrə 2,8%, Sabunçu rayonu üzrə 11,1% qeydə alınıb. Qalan rayonlarda isə qiymətlər stabil qalıb. Sentyabrda da avqust ayında olduğu kimi kəskin passiv tendensiya davam edib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA