Satınalmalarda zəffaflığın yaradılması üçün müsabiqəyə start verildi

img

28-10-2009 [05:27]


Bu gün Media Mərkəzində ?İqtisadi Təşəbbüslərə Yardım? İctimai Birliyi (İTYİB) ?Azərbaycanda dövlət satınalmaları sistemində şəffaflıq? layihəsi çərçivəsində jurnalistlərə müsabiqə elan edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İTYİB sədri Azər Mehtiyevin qənaətincə, aparılan tədqiqatlar zamanı ən çox diqqət mərkəzində olan, lakin içərisinə daxil olub prosesləri izləmək mümkün olmayan sahələrdən bir dövlət satınalmaları sayılır: ?Bu problemlərin ictimaiyyətin diqqətinə çatdırılması üçün müsabiqə elan edilməsini qərara aldıq. Təbii ki, Azərbaycanda bu sistemdə vəziyyət acınacaqlıdır. Bizdə satınalmalarda hüquqi normalara əməl olunması və ya burada şəffaflıq və hesabatlılıq gözlənilmir?. Layihənin assenti İsa Əliyev bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda dövlət satınalmalar sistemində ictimai nəzarətin gücləndirilməsi və burada mövcud olan boşluqların müəyyənləşdirilməsidir: ?Layihə 2008-ci ildən 2010-cu ilə kimidir. Birinci il ərzində biz beynəlxalq satınalmalar sistemini araşdırdıq və beynəlxalq standartları götürdük. Növbəti mərhələdə isə Azərbaycana oxşar dövlətlər və eləcə də inkişaf etmiş ölkələrdə satınalmalar sisteminin necə qurulduğunu müəyyənləşdirdik. Azərbaycanın ?Dövlət satınalmaları haqqında? Qanunu təhlil edildi və həmin qanunda bəzi boşluqlar aşkarlandı?. İTYİB-in sədr müavini Rövşən Ağayev isə müsabiqənin şərtlərini açıqlayıb: ?Müsabiqədə yazılı və elektron KİV-də çalışan bütün jurnalistlər iştirak edə bilərlər. Mətbuatda gedən materialın həcmi 10 000 işarədən az olmamalıdır. TV və radiolar üçün hazırlanmış materialların efirə getmiş variantı diskə yazılaraq (TV-də ən azı 5, radiolarda isə 10 dəq.) təqdim edilməlidir. Müsabiqəyə təqdim edilən araşdırmalar hər hansı bir dövlət qurumunun timsalında satınalmalar, sosial təyinatlı satınalmalar, infrastruktur və iqtisadi təyinatlı dövlət satınalmalarını əhatə edə bilər. Materialların müsabiqəyə təqdim edilməsi üçün son tarix 30 noyabra kimidir. Müsabiqədə I yer 1000 dollar, II yer 750 dollar və III yeri tutan jurnalistə 500 dollar pul mükafatı veriləcək?. R.Ağayev onu da bildirib ki, bütün ölkələrdə normal olaraq bütün satınalmaların detalları ilə bağlı hesabatlar verilir. Ancaq Azərbaycanın nə Müdafiə Nazirliyi, nə Daxili İşlər Nazirliyi, nə də Ədliyyə Nazirliyi bununla bağlı heç bir hesabat vermir: ?Qazaxıstanda hər bir nazirlikdə satınalmalarla bağlı linklər var. Ancaq bizdə yoxdur. Təbii ki, bu da onların maraqlarının işə düşməsinə şərait yaratmış olur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA