Pensiya yaz həddini qaldırdı

img

27-10-2009 [04:57]


Bu gün Milli Məclisin iclasında ?Əmək pensiyaları haqqında? qanuna əlavə və dəyişikliklər layihəsiylə bağlı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov çıxış edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, DSMF rəhbəri təklif edilən dəyişikliklərin müsbət addım olduğunu bildirib. Onun sözlərinə görə, pensiya yaş həddinin artırlması vətəndaşlara mənfi təsir göstərməyəcək. Müxalifətdən olan deputatların əksəriyyəti isə dəyişiklilərin əleyhinə çıxış ediblər. Müsavat Deputat Qrupunun üzvü Pənah Hüseyn hökumətin bu addımını sərt tənqid edib. Deputatın qənaətincə, hökumət belə bir addım atmaqla, vətəndaşlara pul vermək istəmədiyini ortaya qoyur. Onun sözlərinə görə, hökumət büdcədə yaranmış kəsirləri vətənaşların boğazından kəsməklə doldurmaq istəyir. Vitse-spiker Ziyafət Əsgərov isə tənqidi fikirlərlə razılaşmayaraq, dəyişiklikləri normal qiymətləndirib. Z.Əsgərovun sözlərinə görə, Pənah Hüseynin arqumentlərinin əsası yoxdur. Deputatlardan İkram İsrafil, Əli Məsimli, Vahid Əhmədov da dəyişiklik təklifini tənqid ediblər. Narazılıqlara baxmayaraq, qanun laihəsi 104 səs lehinə, 2 səs əleyhinə olmaqla qəbul edilib. Qeyd edək ki, yenilənmiş qanuna görə, çoxuşaqlı anaların pensiyaya çıxması üçün imtiyazlar ləğv edilir. Əvvələr üç və daha çox uşağı olan analar pensiyaya çıxanda hər uşağa görə bir il güzəşt alırdı. Başqa dəyişikliyə əsasən, çoxuşaqlı anaların pensiyaya çıxması üçün əmək stajı beş ildən on iki ilə kimi artırılıb. Qadınların və kişilərin pensiyaya çıxma yaşı müvafiq olaraq 60 və 63 yaşa artırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA