170 kiloqram olan saxlama müddəti ötmüz ərzaq məhsulları azkarlanıb

img

26-10-2009 [02:03]


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı Bakının Nərimanov rayonunda ?Həsən market?də, Nəsimi rayonunda ?İnam market?də, ?Assorti market?də, ?Güllər market?də, İlyas Hacıyevə, Ağaddin Məmmədova və Rauf Hacıyevə məxsus mağazalarda, Binəqədi rayonunda Qalib Rüstəmova məxsus mağazada, Gəncə şəhərində ?F/M? və ?Üç Qardaş? ərzaq malları mağazalarında ümumi çəkisi 170 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, uşaq qidaları və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən ?Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında? Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 53 hüquqi şəxsə 199,2 min manat, 524 fiziki şəxsə 783 min manat cərimə tətbiq olunub. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA