?Bakıelektrikzəbəkə? ASC borclu abonentlərə iki gün vaxt verdi

img

26-10-2009 [11:56]


?Bakıelektrikşəbəkə? ASC borclu abonentlərə növbəti dəfə müraciət edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ASC-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, ASC abonentdən elektrik enerjisinə görə yaranmış borclarını oktyabrın 28-i saat 15:00-a qədər tam şəkildə ödənilməsini xahiş edir. Əks təqdirdə borclu abonentlərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək. Borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin ASC-nin internet saytı (www.bes.az) vasitəsilə ?onlayn? olaraq həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA