?2010-cu il dövlət büdcəsində investisiya layihələri keçən ildən də az olacaq?

img

22-10-2009 [11:48]


?2010-cu ilin dövlət büdcəsinin gəlir hissəsində 2,5 milyard, xərc hissəsində isə 2 milyard manata yaxın azalmalar var. Bu da əsasən neftin qiymətindən asılıdır. Hesab edirəm ki, 2010-cu il dövlət büdcəsində neftin qiymətini 45 dollar götürülməsi normaldır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, tanınmış iqtisadçı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, büdcədə sosial layihələrlə bağlı heç bir ciddi problemlər yoxdur: ?2010-cu ilin dövlət büdcəsinin demək olar ki, 34%-i sosial müdafiəyə ayrılıb. Prezidentin göstərişinə əsasən, sosial yönümlü xərclər səviyyədə saxlanılıb. Hətta bəzi xərclərdə 1,3 və 1,8 % səviyyəsində artımlar var. Ancaq ümumilikdə götürüləndə azdır. Bundan əlavə, investisiya layihələr keçən ildən də az olacaq. 2010-cu il dövlət büdcəsinin təxminən, 50 %-i Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaq?. Millət vəkili onu da bildirib ki, büdcədən qeyri-neft sektoruna ayrılan vəsaitlər qənaətbəxş deyil: ?Düzdür, kənd təsərrüfatında və sənayedə artımlar var. Lakin bu artımlar ciddi artımlar deyil. Ona görə də qeyri-neft sektoruna daha çox fikir vermək lazımdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA