Səlim Müslümov: ?Pensiya yazının artırılması insanların izləmək istəyi ilə bağlıdır?

img

21-10-2009 [06:09]


?Son 4 ildə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 18,1, kişilər üçün isə 12,7 il olub?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda pensiyaçılar orta hesabla 16 il pensiya alır. ?Mövcud qanuna əsasən, pensiyanın məbləği hesablanan zaman fərdi hesabda toplanan vəsaitlər 12 ildəki ayların sayına bölünür. Bu isə pensiyanın hesablanması qaydalarına uyğun gəlmir?. S.Müslümov pensiyaçıların yaş həddinin artırılmasını nəzərdə tutan əlavə və dəyişiklikləri şərh edərkən qeyd etdi ki, qadınların yaşı 6 il ərzində hər il 6 ay olmaqla 57 yaşdan 60 yaşa çatdırılacaq. Kişilərin yaşı isə 2 il ərzində 62 yaşdan 63 yaşa çatdırılacaq. Cəmiyyətdə bu məsələ ilə bağlı yaranan narazılıqlara əsas görməyən fond sədri pensiyaçıların yaş həddinin artırılmasını bir neçə səbəblə izah etməyə çalışdı: ?Artıq Azərbaycanda sosial sığorta ödəmələrinin fərdi uçot sistemi tətbiq olunur. Fərdi uçot sistemində 4 il ərzində toplanan vəsaitlərin monitorinqi göstərir ki, insanların fərdi uçotda toplayacaqları vəsaitlərin məbləği xeyli aşağıdır və bu, ölkədə normal sığorta sisteminin qurulmasına kifayət etmir. Ona görə də insanların çalışacağı müddətinin artırılmasına böyük ehtiyac var?. S.Müslümov pensiya çıxma yaşının artırılmasına digər səbəb kimi yaşlı insanların dövlət orqanlarında və təhsil müəssisələrində qalıb işləmək istəyini göstərdi: ?Yaşlı insanlar dövlət qulluğunda, ali və orta ixtisas məktəblərində işləmək istəyir. Kişilərin 62, qadınların isə 57 yaşa çatması onların əmək fəaliyyətinin dayanması demək deyil. Ona görə də yaşlı insanlardan işləmək istədikləri barədə çox sayda müraciətlər daxil olur. Həm də fərdi hesablarda toplanan vəsaitlərin azlığı göstərdi ki, fəaliyyət müddətinin artırılmasına ehtiyac var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA