Ticarət obyektlərində külli miqdarda pullar dövriyyədə gizlədilir

img

21-10-2009 [06:02]


Bu gün Azərbaycan Media Mərkəzində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu Tacirlər və İstehlakçılar Birliynin təşkilatçılığı ilə birgə qaiməsiz satışın məhdudlaşdırılması ilə bağlı mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sabit Bağırov Azərbaycanda sahibkarlıq mühitində rəqabətin zəif olduğunu vurğulayıb. Sabit Bağırovun qənaətinə görə, qaiməsiz satışlar bir çox fəsadlar yaradır: ?Belə olan halda, dövlət büdcəsinin gəlirləri azalır. Sahibkarlıq mühitinin pisləşməsinə münbit şərait yaradır. Sözsüz ki, bu da korrupsiyanın artmasına səbəb olur. Bundan əlavə, statistik uçotun çətinləşməsi, keyfiyyətsiz və zərərli məhsulların satış ehtimalı artmış olur?. S.Bağırov bununla bağlı bir sıra təklifləri də səsləndirib: ?1) Malı pərakəndə və topdansatış şəbəkəyə ötürən mal sahibində fakturanın olmadığı halda, tədarük aktının sadə formasından istifadəyə icazə verilsin. 2) Uyğun sənədlərlə müşayət olmayan malların satışına görə, satıcının və malın yiyəsinin müəyyən məbləğdə cəzalandırılması tədbiri tətbiq edilsin. 3) Dövlət orqanları və ictimaiyyət nümayəndəlirindən ibarət qarışıq komissiyaların yaradılması və satılan mallara sənədlərin olmasının yoxlanılması üzrə bir neçə kütləvi kampaniyalar keçirilsin. Biz bundan əlavə, bir neçə təkliflər də planlaşdırmaq fikrimiz var?. Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov isə Azərbaycanda ticarət üzrə qanunun olmadığını deyib. Onun sözlərinə görə, bu gün ölkədə ticarət ancaq Nazirlər Kabinetinin 1998-ci il 15 aprel 80 ?-li qərarı ilə idarə edilir. Lakin həmin qaydalın özü də bu günün tələblərinə cavab vermir: ?İstərdik ki, Azərbaycanda ticarət qanunu olsun. Neçə illərdir ki, biz bu məsələnin qaldıraraq Vergilər və İqtisadi İnkişaf Nazirliyinə müraciətlər etmişik. Lakin müraciətlərimizə qənaətbəxş cavab almamışıq. Bu gün ticarət obyektlərinin 70-80 %-i sadələşdirilmiş vergidən istifadə edir. Belə olan halda külli miqdarda pullar dövriyyədə gizlədilir. Ticarət obyektlərinin demək olar ki, çoxunda qaimlər yazılmır. Bu gün Vergilər Nazirliyinin əməkdaşları mağazalara girərək yoxlama aparmadan həmin obyektin müdirini idarəyə çağıraraq 10-20 min manat rüşvət istəyirlər. Bax, bu cür faktlar da var. Mənə elə gəlir ki, bu məsələnin həll yolu deyil. Biz məsələ ilə bağlı sorğu da keçirmişik. Sorğunun nəticələri bu ayın 29-da açıqlanacaq. Bundan əlavə, sahibkarlar da mağazalarda kassa çekləri vurulmur. Məmurların çoxusu qeyri-qanuni olaraq bizneslə məşğuldurlar. Bu cür problemlərin yaranması da bu məsələyə gedib çıxır?. Tədbirin digər iştirakçısı ?İqtisadi Təşəbbüslərə Yardım? İctimai Birliyinin sədri Azər Mehtiyev isə qaimələrin yazılmamasını hökumət tərəfindən sistemin bu cür qurulması ilə əlqaləndirdi. Onun sözlərinə görə, bu məsələdə normal şəkildə qanunlar sistemləri qurulmalıdır: ?Burada biznesmeni qınamaq heç də düzgün deyil. Qaimələr vurulsada yenədə onlardan rüşvət alınacaq. Bütün bu proseslərin ucu hökumətin səhv siyasətinə gedib çıxır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA