PARABANK ?Mobil Bank? xidmətini təklif edir

img

21-10-2009 [01:00]


?Mobil Bank? xidməti vasitəsi ilə PARABANK müştəriləri kart hesablarının hərəkatı, hesabının qalığı haqqında v s. məlumatları əldə edə biləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?MobilBank? xidməti ilə müştərilər yerləşdiyi məkandan və vaxtdan asılı olmayaraq 24 saat ərzində öz hesabları ilə balansı yoxlamaq, balansdan çıxarış əldə etmək, Card to Card əməliyyatı (bir kart hesabından digər kart hesabına valyutasından fərqli olmayaraq məbləğin nağdsız şəkildə köçürülməsi), Azercell ödəməsi, elektrik ödəməsi, şəhərdaxili və şəhərlərarası telefon danışıqlarının ödəməsi, SW Travel və internet ödəmə əməliyyatları edə bilərlər. ?Mobil Bank? sisteminə qoşulmaq üçün ilk öncə müştəri ?Azercell Telekom? müştəri xidmətləri şöbəsinə yaxınlaşaraq yeni Sim-kartı və ya köhnə Sim-kartı olduğu halda onun dublikatını çıxartmalıdır. ?Azercell Telekom?un əməkdaşına müraciət edərək ?Mobil Bank? sisteminə qoşulmaq istədiyini bildirməlidir. Telefonun menyusunda ?Azercell? bəndində ?MobilBank? bəndi əlavə ediləcəkdir. Bundan sonra müştəri sistemə qoşulmaq üçün ?Parabank?-ın xidmət qurumlarına müraciət etməlidir. Müştərinin kart hesabında edilmiş hər əməliyyat barədə məlumat onun mobil telefonuna SMS şəklində göndərilir. Qeyd edək ki, hər SMS-ə görə müştərinin balansından 0,1 manat (22 kontur) silinir. Bankın xidmət şəbəkəsinin ardıcıl olaraq genişlənməsi, məhsul çeşidlərinin artırılması, o cümlədən günün tələblərinə cavab verən xidmətlərin yaradılması PARABANK üçün üçün əhəmiyyətli rol oynayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA