Azərbaycan öz qazını istənilən dövlətə dünya bazarındakı qiymətə satacaq

img

19-10-2009 [06:37]


?Qaz və neftin satışı hökumətin təsdiq etdiyi müəyyən formula əsasında həyata keçiriləcək. Bu formula kimliyindən asılı olmayaraq, bütün qaz satdığımız ölkə və şirkətlərə şamil ediləcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib. Onun sözlərinə görə, qazın qiymətinin hesablanması neft və neft məhsullarının qiymətindən asılı olaraq dəyişir. N.Quliyev Azərbaycan tərəfinin Türkiyəyə satdığın qazın qiymətini Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı protokolların imzalanmasından sonra qaldırmaq niyyətinə düşdüyü ilə bağlı iddialara da münasibət bildirib: ?Nəzərinizə çatdırım ki, 2008-ci ili aprel ayından köhnə müqavilənin qiymət hissəsinə xitam verilib. Heç şübhəsiz ki, yeni qiymətlər formalaşmalıdır. Hətta Azərbaycan və Türkiyə arasında bu danışıqlar 2008-ci ilin əvvəllərindən gedir. Halbuki həmin ərəfədə Türkiyə ilə Ermənistanın yaxınlaşması ilə bağlı heç bir informasiya belə yox idi. Ona görə də bu məsələləri qarışdırmaq lazım deyil. Azərbaycan öz qazını istənilən dövlətə dünya bazarındakı qiymətə satacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA