Paytaxdakı ət dükanlarında sanitariya qaydalarına riayət edilmir

img

19-10-2009 [06:03]


?Paytaxda keçirilən reydlər zamanı ət dükanlarda sanitariya qaydarılarının pozulması halları aşkarlanıb. Bununla bağlı cəza tədbirləri də görülməkdədir. Nəzərinizə çatdırım ki, bu tədbirlər Dövlət Baytarlıq Xidmətinin nəzarətində olan bütün obyektlərdə həyata keçirilir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Dövlət Baytarlıq Xidmətinin sözçüsü Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, ümumilikdə küçə ət ticarətində vəziyyət olduqca pisdir: ?Bizim ölkə bazarlarında baytar həkimlər var. Onlar mütəmadi olaraq bu işlərə nəzarət edirlər. Heç kimə sirr deyil ki, hər dalanda baytarlıq nəzarəti olmadan ət satılır. Lakin nəzarətimiz altında olan obyektlərdə isə vəziyyət bizi müəyyən mənada qane edir?. Y.Xanvəli onu da bildirib ki, ət satışında bir sıra qüsurlar müşahidə edilən zaman İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, cərimə və töhmətlər verilir: ?Əgər onlar iş adamlarıdırsa, onlara müəyyən cərimələr, baytar həkimlərinə isə töhmət verilir. Bütün bu prinsiplər ölkənin istənilən bölgələrində həyata keçirilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA