KTN pambıq yığımında 25-30 min ton məhsuldarlıq proqnozlazdırır

img

16-10-2009 [06:36]


?Respublika üzrə ümumi olaraq, əkilmiş pambıq sahəsi 21,1 min hektar təşkil edir. Oktyabrın 12-nə olan son məlumata əsasən, respublikada 12,3 min ton pambıq yığılıb?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. M.Hacıyev bildirib ki, onların proqnozlarına əsasən, pambıqla bağlı 25-30 min ton məhsuldarlıq gözlənilir: ?Təbii ki, bu il pambığın əkin sahəsi keçən illə müqayisədə xeyli azalıb. Pambıq yığımına gəldikdə isə, havaların qeyri-sabit keçməsi yığımı gecikdirib. Lakin bütün bunlara baxmayaraq, bölgələrdən aldığımız məlumata görə, sahələrdə bol pambıq var. Hazırda hava şəraitinin əlverişli olması pambıq yığımının intensiv keçirilməsi üçün münbit şərait yaradır. Yəni, Kənd Təsərrüfatı Nazirliyinin verdiyi proqnoz özünü doğruldacaq?. KTN-nin sözçüsü pambıq yığımında hər hansı itki ilə bağlı informasiyaya malik olmadığını da bildirib: ?Pambıq yığımına görə, pambıq emalı müəssisələrilə bağlanan müqavilər əsasında bölgələrə kifayət qədər texniki avadanlıqlar paylanılıb. O müqaviləyə əsasən istehsalçı da çalışır ki, bunun müqabilində tapşırığı yerinə yetirsin. Artıq köhnə texnikalar da bərpa edilib. Pambıq yığımı xüsusən əllə davam etdirilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA