Azərbaycan sığorta bazarında canlanma yaranıb

img

16-10-2009 [05:29]


?Azərbaycanda fəaliyyət göstərən 46 sığorta şirkətinin sığorta haqları yığımı 2009-cu ilin yekunu üzrə təqribən 150 milyon manat təşkil edəcək?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib. Onun sözlərinə görə, bu, 2008-ci ilin göstəricisindən 16,4 faiz azdır: ?Cari ilin 9 ayının yekunu üzrə sığortaçıların ümumi sığorta haqları yığımı təqribən 130 milyon manat təşkil edib. Bizim qiymətləndirməmizə görə, 2009-cu ilin dördüncü rübündə sığorta haqları yığımı 20 milyon manatdan çox təşkil etməlidir. Belə olan halda cari ilin yekunu üzrə bazarda sığorta haqları yığımı 150 milyon manat məbləğində ola bilər?. N.Xəlilov dünya maliyyə böhranının digər iqtisadi sahələr kimi sığorta seqmentinə də müəyyən təsir göstərdiyini qeyd etdi: ?Bu təsir əsasən yerli sığorta şirkətlərinin xarici bazarlara çıxış imkanlarını məhdudlaşdırdı, eləcə də xarici donorlardan vəsait cəlb edilməsində riskliliyi artırdığı üçün müəyyən problemlər yarandı. Ancaq başqa ölkələrin nüfuzlu sığorta şirkətlərindən fərqli olaraq Azərbaycanın sığorta bazarında da təsirlər az oldu?. Xidmət rəhbəri artıq maliyyə böhranının sığorta şirkətləritnə təsirinin başa çatdığını, sığorta bazarında iqtisadi canlanma müşahidə edildiyini qeyd etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA