Beynəlxalq təzkilatın idarə Heyətinin 10-cu iclası Bakıda reallazdı

img

15-10-2009 [02:50]


Bu gün ?Lent Mark? otelinin konfransı zalında Mineral Ehtiyyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin 10-cu iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət komissiyasının sədri, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak edib. MHŞT üzrə İdarə Heyətinin sədri Piter Ayqen bildirib ki, Azərbaycan bu sahədə çox inkişaf edib və hökumətin bu msələdə təşəbbüsün yüksək qiymətləndirir: ?Azərbaycanda MHŞT-nin tətbiqinə dair irəliləyişlər artmaqdadır. Nəzərinizə çatdırım ki, Azərbaycan MHŞT üzrə tamhüquqlu üzv statusu alan ilk ölkədir və burada MHŞT tərəfləri arasında gəlirlərin şəffaflığı sahəsində təkmilləşdirmə işlərinin davam etdirilir. Biz hazırda 4 il öncəki Azərbaycanı görmürük. Ölkənin inkişafı diqqət çəkir. Fikrimcə, Azərbaycan təbii sərvətlərin insanlara fayda verəcək resurslara çevrilməsində əyani bir misaldır. Biz Azərbaycanda bu cür işlərin davamlı inkişafını görmək istərdik?. Piter Ayqen bildirib ki, buradakı görüşdə MHŞT prinsiplərinə riayət edən ikinci ölkə kimi Liberiyanın da adı bəlli oldu: ?Liberiya Azərbaycandan fərqli ölkədir. Onların tamam fərqli resursları var. Liberiya MHŞT üzrə tamhüquqlu üzv statusu alan və öz hesabatlarına meşə sektorunu daxil etmiş ilk Afrika ölkəsidir. Bundan əlavə, Kamerun, Kot Divuar, Qabon, Qana, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Nigeriya, Konqo, Timor Lestin rəsmi olaraq MHŞT-nin tətbiqi prosesinin qiymətləndirilməsinə başlayıblar. Ümumilikdə 30-dan çox dövlət və 40 beynəlxalq şirkət, 40 vətəndaş cəmiyyətləri üzvümüzdür. Artıq İran və İndoneziya da üzvlük barəsində bizə müraciət ediblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA