Şahmar Mövsümov: ?2010-cu il büdcəsində neftin qiymətinin 45 dollar götürülməsi düzgündür?

img

15-10-2009 [02:13]


?Mineral Ehtiyyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanda Mədən Hasilatı Sənayesində fəaliyyət göstərən bütün şirkətlər bu prosesə qoşulmasını təmin edirik. Bundan əlavə, yeni fəaliyyətə başlayan şirkətlərin hamısı da bu prosesə qoşulur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Dövlət Fondunun prezidenti Şahmar Mövsümov deyib. Onun sözlərinə görə, bu məsələdə dövlətin bir çox məqsədləri var: ?Bu nöqteyi-nəzərdən sentyabr ayında başlanmış qızılla bağlı əməliyyatlar 2009-cu ilin hesabatında öz əksini tapacaq. Məqsədlərdən biri də odur ki, Azərbaycan xalqı bütün mədən hasilatı sənayesindən alınan gəlirlər haqqında tam məlumtalı olmalıdır. Əlbəttə ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlər də hökumətin məqsədinə xidmət edərək, şəffaflığı artırmalıdırlar?. Ş.Mövsümov onu da bildirib ki, 2010-cu il büdcəsində neftin qiymətinin 45 dollardan götürülməsi düzgün addımdır: ?Konservativ olmaq lazımdır. Bildiyiniz kimi, bu gün 70 dollar ətrafında qiymət formalaşır. Hesab edirik ki, 45 dollar düzgün bir rəqəmdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA