Dəmir yolunda sərnizin dazınması haqlarının artırılması gözlənilir

img

13-10-2009 [02:55]


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti dəmir yolunda sərnişin daşınması haqlarının artırılması üçün Tarif Şurasına müraciət edib. "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov jurnalistlərə açıqlamasında deyib ki, sərnişin qatarlarında bir biletin orta qiyməti 3.5 manat təşkil edir: ?Əgər bunu sərnişin daşıyan digər nəqliyyat vasitələrinin qiymətləri ilə müqayisə etsək görərik ki, bu rəqəmlər bir neçə dəfə aşağıdır". Onun sözlərinə görə, dəmir yolunda biletlərin qiymətinin aşağı olması sərnişin daşınması təsərrüfatında problemlər yaradır: "Qatarların qorunmasını və sərnişinlərin təhlükəsizliyini daim təmin etmək lazımdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA