9 ay ərzində DSMF-in ?190? nömrəli telefon məlumat xidmətinə 19 978 müraciət daxil olub

img

12-10-2009 [02:53]


Bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müasir tipli ?190? nömrəli telefon məlumat xidmətinə (?Call-center?) əhali tərəfindən daxil olan müraciətlər arasında pensiya məsələləri ilə bağlı məsələlər üstünlük təşkil edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müraciətlərin 41,8 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 22,2 faizini məcburi dövlət sosial sığortasına, 14 faizini isə fərdi uçotun təşkilinə dair sorğular əhatə edib. Daxil olan müraciətlər arasında bilavasitə Fondun səlahiyyətlərinə aid olmayan məsələlər də azlıq təşkil etməyib. Belə ki, məlumat xidmətinə ünvanlanan müraciətlərin 22 faizi digər məsələlərlə bağlı olub. Bu müraciətlərlə əlaqədar vətəndaşlara lazımi izahatlar verilib, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə edilib. Ümumilikdə ?190? telefon məlumat xidmətinə 9 ay ərzində 19 978 müraciət daxil olub və bütün müraciətlər operativ şəkildə cavablandırılıb. Qeyri-iş günlərinə təsadüf edən zənglərə isə avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib. Aparılan araşdırmalara əsasən, daxil olan müraciətlərin əksəriyyəti maarifləndirici xarakter daşıyıb. Telefon məlumat xidmətinə ünvanlanan suallar arasında əmək pensiyası hüququnun necə yaşdan yarandığı, güzəştli şərtlərlə kimlərin pensiyaya çıxmaq hüququnun olduğu, pensiya təyinatı üçün hansı sənədlərin tələb edildiyi, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, sosial sığorta üzrə ödəmələrin növləri, sığortaedənlərin, eləcə də sığortaolunanların hüquq və vəzifələri kimi məsələlər üstünlük təşkil edib. Müraciətlər arasında Fondun yerli şöbələrinin fəaliyyətindən şikayətlər də olub ki, həmin şikayətlərlə bağlı dərhal araşdirma aparılmış və müvafiq tədbirlər görülmüşdür. Qeyd edək ki, ?190? nömrəli telefon məlumat xidmətinin yaradılmasında başlıca məqsəd ictimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarına dərhal aydınlıq gətirməkdir. Məlumat xidməti tərəfindən telefon vasitəsi ilə məcburi dövlət sosial sığortası, pensiya məsələləri, fərdi uçotun təşkilinə aid sualların operativ şəkildə cavablandırılması həyata keçirilir. Bu xidmət vətəndaşların Fondun orqanlarına gəlmədən operativ informasiya almalarına şərait yaradır. Telefon məlumat xidmətindən istifadə qaydaları Fondun internet saytına (www.sspf.gov.az) yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA