ETSN bir həftə ərzində ekoloji qanunvericiliyi pozanları 23700 manat cərimələyib

img

12-10-2009 [11:36]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 28 sentyabr-4 oktyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 19 akt və protokol tərtib olunub. Ümumilikdə 9 iş üzrə 23700 manat məbləğində cərimə tətbiq edilib və dəymiş ziyana görə 1 iş üzrə 1869 manat məbləğində iddia qaldırılıb. Yerin təkinin mühafizəsi sahəsində 2 akt və protokol tərtib olunmuş və 6 iş üzrə 17200 manat məbləğində cərimə tətbiq edilib. Atmosfer havasının mühafizəsi ilə bağlı 5 akt və protokol tərtib olunub. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 3 akt və protokol tərtib olunmuş, 3 iş üzrə 6500 manat məbləğində cərimə tətbiq edilib. Floranın mühafizəsi sahəsində 9 akt tərtib olunmuş və 1 iş üzrə 1869 manat məbləğində iddia qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA