Beynəlxalq Valyuta Fondu fəaliyyətini dayandırır

img

08-10-2009 [07:21]


Beynəlxalq Valyuta Fondunun Azərbaycan nümayəndəliyi fəaliyyətini sabahdan rəsmən dayandırır. Fondun Azərbaycan nümayəndəliyinin rəhbəri Koba Qqvenitadze bu gün keçirdiyi sonuncu mətbuat konfransında bildirib ki, bundan sonra fondla əməkdaşlıq yeni model əsasında həyata keçiriləcək. Nümayəndəliyin rəhbəri fondun Azərbaycan üzrə makroiqtisadi proqnozlarını da açıqlayıb. ?Biz bu il Azərbaycanda iqtisadi artımı 7,4 faiz proqnozlaşdırırıq. Növbəti ildə də iqtisadi artım təxminən bu səviyyədə ola bilər. Amma neft sektorunda baş verən dəyişikliklər nəticəsində bu proqnozlara müəyyən dəyişiklik ola biləcəyi gözlənilir. İnflyasiya göstəricilərinə gəlincə, bu il Azərbaycanda inflyasiya templəri azalıb. Qiymətlərin azalmasına idxal mallarının ucuzlaşması və daxili tələbatın azalması nəticəsində baş verib?, deyə BVF-nin Azərbaycan üzrə nümayəndəsi Koba Qvenitadze bildirib. Onun sözlərinə görə, bu il Azərbaycanda inflyasiya 2 faiz proqnozlaşdırılır, növbəti ildə isə bu rəqəm 5 faiz ətrafında ola bilər. Lakin, 2010-cu ilin büdcəsi nəzərə alınaraq, bu proqnozlar dəyişə bilər. Büdcə kəsirinə gəlincə, bu il defisit proqnozlaşdırılmır. Neftin illik orta qiymətini isə 50 dollar proqnozlaşdırırdıq. İndi biz orta qiyməti 62 dollar olacağını gözləyirik, bu artım nəticəsində isə büdcə kəsiri olmayacaq

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA