Büdcədə yaranacaq problemlər Azərbaycan hökumətini ağır vəziyyətlə üzləzdirəcək

img

08-10-2009 [01:43]


?2005-2006-cı illərdə dövlət büdcəsi müzakirə olunanda bildirmişdik ki, 2011-ci ildən Azərbaycanın neft istehsalı aşağı düşəcək. Belə olduqda isə neft satan ölkədən neft alan ölkəyə çevriləcəyik. Ona görə də bu kimi problemlərdən sığortalanmaq üçün mütləq qeyri-neft sektoruna diqqət yetirərək, onu inkişaf etdirmək lazımdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, tanınmış iqtisadçı Vahid Əhmədov yaxın 3-4 ildə Azərbaycanın neft istehsalında azalmaların olacağı ilə bağlı proqnozlara münasibət bildirərkən deyib. İqtisadçının sözlərinə görə, Azərbaycan dövlət büdcəsinin 60 faizini neftdən gələn gəlirlər hesabına formalaşdırır: ?Çalışmalıyıq ki, kənd təsərrüfatı, aqrar sektor, yüngül sənaye və turizmi də inkişaf etdirək. Bunları inkişaf etdirmək lazımdır ki, ölkəmiz gələcəkdə iqtidsadi problemlə üzləşəndə sığortalana bilsin?. V.Əhmədov Azərbaycanda qaz ehtiyatının çox olmasını da nəzərə çatdırıb: ?Son vaxtlar Xəzərdə tapılan ?Kəpəz? yatağında faktiki olaraq, trilyon kubmetrlərlə qaz ölçülür. Ona görə qazın da ixracı planda nəzərdə tutulur. Ola bilər ki, müəyyən qədər kompensasiyaya getsin. Lakin yenə də təkrar edirəm ki, 2011-ci ildən başlayaraq neft istehsalında mütləq enmələr baş verəcək və neft istehsalının aşağı düşməsi dövlət büdcəmizə ciddi şəkildə təsir göstərib, hökuməti ağır vəziyyətə sürükləyəcək?. Millət vəkili onu da bildirib ki, Azərbaycan hökuməti yaranacaq problemlərə qarşı tədbirlər görməkdə gecikib. Hətta ölkə başçısı İlham Əliyev göstəriş vermişdi ki, qeyri-neft sektoruna diqqət yetirilsin: ?Düzdür, son zamanlar ölkəmizdə bununla bağlı müəyyən işlər görülür. Amma hələki bu sektorda ciddi dəyişiklik hiss edilmir. Yalnız xırda müəssisələr istifadəyə verilir. Lakin neft istehsalının azalması ilə bağlı yarancaq problemlərin qarşısını almaq üçün iri fabrik və zavodlar tikilib istifadəyə verilməlidir. Təəssüflər olsun ki, bu tədbirlər gec və ləng həll olunur?. 2010-cu ilin dövlət büdcəsində neftin baza qiymətinin artıralacağı ilə fikirlərə gəlincə, V.Əhmədov bunun qeyri-mümkün olduğunu deyib. Onun sözlərinə görə, neftin qiymətini 50 dollardan yuxarı götürmək olmaz: ?2009-cu ildə neftin qiyməti 70 dollardan götürülsə də, faktiki olaraq, orta hesabla 55-57 dollar səviyyəsində qaldı. Ona görə də neftin qiymətini aşağı götürmək lazımdır ki, büdcənin xərc hissəsində müəyyən gərginlik yaranmasın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA