Ziyafət Əsgər Litvanın kənd təsərrüfatı nazirinin bazçılıq etdiyi nümayəndə heyəti ilə görüzüb

img

07-10-2009 [05:59]


?Azərbaycanla Litva prezidentləri arasındakı dostluq münasibətləri, onların qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər ölkələrimiz arasında əlaqələri bütün sahələrdə, eləcə də kənd təsərrüfatı sahəsində inkişaf etdirməyə imkan yaradır?. Bu fikir Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun ölkəmizdə səfərdə olan Litvanın kənd təsərrüfatı naziri Kazis Starkyaviçyusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səslənib. Z.Əsgərov Bakıda keçirilən ?Caspian Agro?2009? kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və qablaşdırılması beynəlxalq sərgisində Litva nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib. O deyib ki, bu cür tədbirlərin təşkili ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi və istehsal olunmuş məhsulların dünya bazarında satışının təşkili baxımından olduqca vacibdir. Litvanın kənd təsərrüfatı naziri Kazis Starkyaviçyus sərginin yüksək səviyyədə təşkilinə və onlara göstərilən qonaqpərvərliyə görə nümayəndə heyəti adından minnətdarlıq edib. O deyib ki, Litva Azərbaycanla digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq etməkdə maraqlıdır: ?Litva Azərbaycan sərmayədarları üçün açıqdır. Litvada azərbaycanlı iş adamları vardır, amma biz istərdik ki, onların sayı lap çox olsun?. Litvanın kənd təsərrüfatı naziri Kazis Starkyaviçyusun başçılıq etdiyi nümayəndə heyəti daha sonra Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri ilə görüşüb. Görüşdə ölkəmizdə aqrar sahənin inkişaf perspektivləri, iqtisadi infrastrukturun möhkəmləndirilməsi, istehsal məhsullarının beynəlxalq bazara çıxarılması və digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA