Gələn aydan əhaliyə verilən içməli suyun və bir sıra kommunal xidmət haqları artırılacaq

img

06-10-2009 [06:33]


?Qiyməti Tarif Şurası tərəfindən tənzimlənən bir sıra məhsul və xidmətlərin - içməli suyun və bir sıra kommunal xidmətlərinin qiymətlərinin artırılması gözlənilir. Benzinin qiymətində hələlik qiymət artımı baş verməyəcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. Onun sözlərinə görə, indiyə qədər hökumət tərəfindən elektirk enerjisi və təbii qazın qiymətində artırımlar etdi. Ona görə də indiki halda içməli suyun və bir sıra kommunal xidmətlərin qiymətinin artırılması qaçılmazdır: ?Azərbaycanda elektrik enerjisinin qiyməti qonşu ölkələrə nisbətən yüksəkdir. ?Azərsu? da dəfələrlə əhaliyə verilən içməli suyun qiymətinin artırılması ilə bağlı Tarif Şurası qarşısında məsələ qaldırıb. Bu gün ?Azərsu?nun problemi təkcə vətəndaşlardan içməli suya görə ödənişlərin yığıla bilməməsi ilə bağlı deyil. Eyni zamanda, adıçəkilən qurumun problemi digər dövlət orqanlarına borcun olması ilə bağlıdır. Hesab edirəm ki, hazırda kifayəqd qədər borcu olan ?Azərsu? qiymət artımına gedəcək. Bundan əlavə, kommunal xidmətlərdən - zibil daşımaları və ev haqlarının artırılması ilə bağlı Tarif Şurasında müzakirə gedir. Düşünürəm ki, qeyd etdiyim kommunal xidmətlərin də qiymətinin artması realdır?. V.Bayramovun sözlərinə görə, istər kommunal xidmətlərin, istərsə də suyun qiymətində artımlar noyabr ayında reallaşa bilər. Çünki dekabrda Yeni il bayramı yaxınlaşdığına görə, tənzimlənən qiymətlərin artırılması müzakirə edilmir: ?Lakin ümumən Tarif Şurasının tənzimlənən qiymətlərə 2010-cu ilin əvvəllərində baxacağı gözlənilir. Onu da qeyd edim ki, 2010-cu ilin əvvəllərində nfetin dünya bazarındakı qiymətindən asılı olaraq, benzinin qiymətinin dəyişilməsi məsələsi də Tarif Şurasının gündəmində olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA