Köçkünlər ?Azəriqaz?la ?Qaçqınkom? arasında problem yaradır

img

05-10-2009 [05:13]


?Ölkədə qaz sayğaclarının qoyulması işi artıq yekunlaşmaq üzrədir. Lakin bu proses daimi olaraq davam edir. Çünki yeni kəndlər, qəsəbələr, evlər salındıqca işlərimiz artır. Mövcud abonentlərin isə qaz sayğacı ilə təmin edilməsi artıq başa çatıb. Nəzərinizə çatdırım ki, yeni ev tikən və ya yeni mənzil alan vətəndaşlar qaz sayğaclarını öz hesablarına qoyurlar və orada qazlaşdırma işi aparılırsa, mütləq müasir sayğac olan ?Smartkart? qoyulmalıdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Azəriqaz? QSC-nin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı deyib. Bildirib ki, onların abonenti olan vətəndaşlara qaz sayğacları dövlət hesabına qoyulur: ?Yəni vətəndaş bu günə qədər qaz işlədibsə, kodu varsa və işlətdiyi qaz müqabilində dövlətə ödəmə edibsə, artıq o bizim abonent sayılır və ?Azəriqaz?ın hesabına sayğac quraşdırılır. Yox, əgər yeni tikilən mənzildirsə və ya bu günə qədər abonent olmayıbsa, o zaman bütün xərclər abonentin hesabına həll edilir. Sayğacın qiymətinə gəlincə, sizə cavab verə bilməyəcəm. Çünki ?Azəriqaz? sayğac satmır və bu işlə başqa firmalar məşğul olurlar?. K.Eyvazlı onu da bildirib ki, məcburi köçkünlərin məskunlaşdığı evlərə qaz sayğaclarının qoyulması ?Qaçqınkom?un hesabına reallaşdırılıb. Onun sözlərinə görə, bu məsələdə ?Azəriqaz? QSC ilə ?Qaçqınkom? arasında heç bir problem yoxdur: ?Sadəcə olaraq, burada incə nüanslar var. Problemi məcburi köçkünün özü yaradır. Məsələn, vətəndaş Binəqədi rayonunda məcburi köçkün kimi qeydiyyatdadır, amma Xətai rayonunda yaşayır. Lakin Xətai rayonunda həmin vətəndaşın mənzilinə müraciət edəndə, iddia edir ki, mən məcburi köçkünəm və bu dövlət hesabına olmalıdır. Yenə təkrar edirəm ki, istər məcburi köçkünlər, istərsə də adi vətəndaşlar yeni mənzilə köçürlərsə, qaz sayğacları öz hesablarına quraşdırılır. Ona görə də biz bütün bu kimi problemləri araşdırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA