Monopoliya quz əti və yumurtanın qiymətini artırır

img

05-10-2009 [04:22]


?Quş əti və məhsullarında qiymət artımı yem məhsullarının baha olması ilə bağlıdır. Artıq müəyyən edilib ki, həm quş ətinin, həm də yumurtanın dəyərinin 70 faizi yemə çəkilən xərclə ödənilir. Belə olan halda, sahibkara şərait yaradılmır ki, məhsulun maya dəyərini bir az da aşağı sala bilsin?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son günlər toyuq ətinin və yumurtanın qiymətinin iki dəfəyə qədər artmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ƏDV tətbiq edilənə qədər quşçuluq üçün yem xaricdən gətirilirdi. O zaman məhsullar nisbətən ucuz idi: ?Ehtiyyatda buğda qaldığından yumurtanın qiymətini endirmişdilər. Bundan əlavə, toyuq əti və yumurta yayda tez xarab olduğuna görə, sahibkar qiyməti endirməyə məcbur idi. Bizdə bu sahə üzrə avadanlıqlar və dərmanlar xaricdən idxal edilir. Ona görə də qiymətlərin qalxması başadüşüləndir. Quş yeminə ƏDV-nin tətbiqi bu prosesi daha sürətləndirib. Belə ki daxili bazarda toyuq əti 3-4 manat, yumurta isə 10-12 qəpik arasında dəyişir?. Ekspert onu da bildirib ki, bu yaxınlarda qazın qiymətinin qaldırılması adıçəkilən məhsulların qiymətinin də artmasına səbəb olub: ?Sahibkar da çalışır ki, istehsal etdiyi məhsulu baha qiymətə sataraq xərclədiyi vəsaiti qaytara bilsin. Qazın qiymətinin artması əlavə xərclərin yaranmasına gətirib çıxarır. Ona görə də bu məhsulların qiyməti artır. Nəzərinizə çatdırım ki, qiyməti bazar tənzimləyir. Biz bu gün xaricdən yalnız toxumluq yumurtanı idxal edirik. Əsasən ərzaq üçün lazım olan yumurta daxildə istehsal edilir. Sözsüz ki, mövsümdə də yumurta istehsalı azalaraq bazara öz təsirini göstərir. Belə olduqda isə imkan yaradılmalıdır ki, xaricdən də idxal edilsin. Görünür, bu sahə ciddi şəkildə monopoliyadadır?. V.Məhərrəmovun qənaətincə, toyuq əti və yumurtanın qiymətində qalxmalar labüddür. Hətta ola bilsin ki, mövsümlə bağlı bu məhsullarda qiymətlər bir qədərdə artsın: ?Azərbaycan quş əti və yumurta ilə öz tələbatını ödəyə bilər. Lakin bizim sahibkarların bu sahədə ciddi problemləri var. Bu, ilk növbədə xaricdən gətirilən avadanlıqların baha qiymətə onlara verilməsidir. Yem məhsulları da bizdə baha başa gəlir, həm də keyfiyyəti aşağıdır. Daxili bazarda özümüzün istehsal etdiyimiz keyfiyyətli yem olmadığı üçün quşçuluqda yüksək məhsuldarlıq ala bilmirik. Yem ucuz və keyfiyyətli olarsa, hansısa irəliləyişdən danışmaq olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA