Sel suları kənd təsərrüfatına xeyli zərər vurub

img

02-10-2009 [04:16]


?Ölkəmizdə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində kənd təsərrüfatında elə də ciddi fəalakət baş verməyib. Lakin üzüm yığımı davam edən ərazilərə müəyyən qədər ziyan dəyib. Şimal zonasında, xüsusən də Xaçmazda tərəvəz yığının qızğın vaxtı müəyyən qədər ziyanlıq olub. Ümumilikdə ən çox ziyan pambıqçılıq, üzümçülük, tərəvəzçilik-meyvəçiliyə dəyib?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov deyib. Onun sözlərinə görə, Hacıqabulda 30 baş iribuynuzlu qara-mal tələf olub: ?300 baş qoyun, 7800 ədəd isə quş tələf olub. Bizim bütün rayonlarda nümayəndələrimiz var. Hər bir rayonda fövqəladə hallar komissiyası mövcuddur. Həmin komissiyanın tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də daxildir. Bütün dəymiş ziyanlar aktlaşdırılandan sonra Nazirlər Kabinetinə veriləcək və Nazirlər Kabineti də məqsədəuyğun qərar qəbul edəcək?. Ç.Fərəcovun sözlərinə görə, bununla yanaşı, dövlət hesabına 3 milyon manata ölkəmizə 770 baş heyvan alınıb gətirilib. Bu heyvanlar üç cinsdən ibarətdir: ?Bu heyvanlar Azərbaycanda böyük mərhələ keçməlidir. Həmin heyvanlar şəraitə və iqlimə uyğunlaşmalıdırlar. Heyvanlardan orta hesabla 24-27 kiloqram süd sağılır. Bu günə qədər 500 baş inək bala doğub. Hazırda isə bunlar 1500 başdır. Amma bəzi rayonlarda bu heyvanların saxlanılmasında qüsurlar var?. Şöbə müdiri onu da bildirib ki, imkanlı şəxslər öz vəsaitləri hesabına Rusiyadan, Ukraynadan heyvanlar alıb gətiriblər: ?Məsələn, keçən il Hollandiyadan 600 baş holland heyvanı gətirilib. Düzdür, yerli heyvanlarda cırlaşma prosesi gedir, hər heyvan 5-10 kiloqram süd verir. Bununla kəndli imkanını artıra bilməz. Məqsədimiz ölkəyə yeni cins mal-qara gətirməklə heyvanlarda cins tərkibini yaxşılaşdırmaqdır. Belə olan halda süd və ət istehsalını artırmış olarıq. Bütün bu məsələlər nazirliyin diqqətindədir?. Şöbə müdiri həm də deyib ki, ölkəyə 12 baş at gətirilib. Hazırda ölkəmizdə 73 min at var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA