?Kaspian-Aqro 2009? kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı beynəlxalq sərgi keçiriləcək

img

02-10-2009 [02:42]


6-9 oktyabr 2009-cu il tarixində Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində Kənd Təsərrüfatı və İqtisadi İnkişaf Nazirliyinin rəsmi dəstəyilə Ticarət və Sənaye Palatası tərəfindən ?Kaspian-Aqro 2009? kənd təsərrüfatı və ərzaq məhsulları emalı, istehsalı, qablaşdırma beynəlxalq sərgi və konfransı keçiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, kənd təsərrüfatı nazirinin müavinin İlham Quliyev Azərbaycanda son illər iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sahədə də aparılan islahatların nəticəsində uğurların əldə edildiyini bildirib. Nazir müavinin sözlərinə görə, dövlətin yaxından köməyi və əlverişli şəraitin yaradılması nəticəsində regionlarda aqrar sahədə sahibkarların səlahiyyəti genişlənir: ?Azərbaycanda kənd təsərrüfatı və aqrar sektorla əməkdaşlığa olan böyük marağın nəticəsi kimi ?Kaspian-Aqro 2009? beynəlxalq sərgi və konfransının təşkili məsələsi gündəmə gəldi. Sərginin keçirilməsində başlıca məqsəd ölkədə istehsal edilən kənd təsərrüfatı və emal sənaye məhsullarını, aqrar elminin nailiyyətlərini və təcrübəsini inkişaf etdirməkdir. Bundan əlavə, xarici ölkələrin şirkət və sərmayədarlarını sözügedən sahələrin inkişaf edirilməsinə, ərzaq bolluğunun yaradılmasına və bununla əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə cəlb etməkdir. Çalışacayıq ki, belə sərgiləri hər il keçirək?. Ticarət və sənaye palatasının vitse prezidenti Mehman Əhmədovun sözlərinə görə, adıçəkilən sərgi sırf Azərbaycan şirkətinin dəstəyi nəticəsində reallaşacaq: ?Bildiyiniz kimi, bütün ölkələrdə hələdə böhranın təzahürləri hiss edilməkdədir. Lakin Azərbaycanda aparılan düzgün siyasət nəticəsində böhranın təsirlərindən yan keçə bildik. Xarici dövlətlər tərəfindən Azərbaycana sərmayələr qoyulması və işgüzar əlaqələrin yaradılması barədə imkanlar artmaqdadır. Sərginin təşkil edilməsindən əvvəl veb-saytı yaradıldı, ölkəmizin bu sahədə nailiyyətləri və dəstək məktubları haqqında məlumatlar burada yerləşədirilərək potensial iştirakçıların diqqətinə çatdırıldı. Bu günə qədər 80-dən artıq şirkət sərgidə öz iştirakını təsdiqləyib. Bunların içərisində 50-yə yaxın Azərbaycan şirkəti, 30-a yaxın isə xarici şirkətlərdir. Sərgidə Azərbaycan, Latviya, Litva, İsrail, Türkiyə, Suriya, Belorusiya, Almaniyadan olan şirkətlər iştirak edəcəklər. Belorusiya, Latviya və Suriyanın öz milli stendləri olacaq. Bu sərgi çərivəsində Almaniyadan və Rusiyadan hər biri 25 nəfərlik iş adamlarından ibarət nümayəndə heyətinin səfəri olacaq. Sərginin açılış mərasimində İtaliyanın kənd təsərrüfatı naziri Luça Zaya, Belorusiyanın kənd təsərrüfatı və ərzaq naziri Semen Şapiro, Ukraynanın kənd təsərrüfatı naziri Yuriy Melnik, Litvanın kənd təsərrüfatı naziri Kazimeras Starkyaviçus, İordaniya kənd təsərrüfatı nazirinin müavini Ravi al Paravnanın iştirakı gözlənilir. Tədbirdə Qatar və Koreya respublikalarından aqrar nazirliklərinin idarə rəislərinin başçılıq etdiyi nümayəndə heyətləri də iştirak edəcəklər?. M.Əhmədov onu da bildirib ki, sərgi günlərində isə ?Azpromo? şirkətinin köməyilə ?Aqrar sənaye kompleksi: əməkdaşlıq imkanlarının inkişaf prespektivləri? mövzusunda təqdimat mərasimi keçiriləcək: ?Azərbaycan kənd təsərrüfatı sektoruna investisiya qoyuluşu imkanları? mövzusu altında kənd təsərrüfatı sektorunda investisiya mühiti, ölkədə torpqa ehtiyatları və investisiya imkanları, kənd təsərrüfatı məhsullarının ixrac imkanları, Sahibkarlığa Yardım Milli Fondu haqqında və digər təqdimatlar keçiriləcək. Sərgidə iştirakçıların xidmətində dəyirmi masa olacaq və biznes forumun keçirilməsi planlaşdırılır. Sərginin baş sponsoru isə ?Azərsun? Holdinqdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA