?Subaru Azərbaycan? Şirkəti BARTER aksiyasını bazladı

img

02-10-2009 [12:23]


Öz potensial müştəri və alıcılarına müntəzəm olaraq sürprizlər edən ?Subaru Azərbaycan? Şirkəti BARTER aksiyasını başladı. Şirkətdən verilən məlumata görə, barter şərtlərinə əsasən, avtomobili olan və avtomobilini satıb yenisini almaq istəyən potensial alıcılar öz avtomobillərini Subaru salonuna təqdim edə və şirkətin mütəxəssisləri tərəfindən yoxlanıldıqdan və avtomobil ilkin qiymətləndirmədən sonra yeni avtomobilin alınması üçün qəbul edilə bilər. Bununla bərabər müştəri xoşuna gəldiyi Subaru modelini seçə bilər. Avtomobil üzrə borcun qalığı müştəri üçün lizinqə sənədləşdirilə bilər. Beləliklə, müştəri yeni Subaru avtomobilini heç bir xərc çəkmədən yalnız köhnə avtomobilin təhvil verilməsi vasitəsilə əldə edə bilər. Avtomobili səhər qiymətləndirmək üçün təhvil verib və avtomobilin təhvil qiymətini razılaşdırdıqdan sonra, müştəri həmin günün axşamı yeni avtomobil əldə edir. Xatırladaq ki, hazırda ?Subaru Azərbaycan? şirkəti avtomobillərin lizinqə alınması üçün ən əlverişli şərtləri təqdim edir. Bu kampaniyanın şərtlərinə müvafiq olaraq, Subaru avtomobillərini 15%-lik ilkin ödənişdən başlayaraq 4 il müddətinə əldə etmək olar. Lizinqin illik faizləri 9%-dən başlayır. ?Subaru Azərbaycan? şirkətinin bu yenilikləri barədə ətraflı məlumat almaq üçün (012) 430 00 33 telefon nömrəsinə zəng etməklə və ya şirkətin A.Salamzadə 26 ünvanında yerləşən salonunu ziyarət etməklə almaq olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA