Tağı Əhmədov: "Mən xahiz etməmizəm ki, metroya minsinlər"

img

01-10-2009 [02:36]


"Gediş haqqı 3 dəfə artırılandan sonra Bakı Metropoliteninə hələ dotasiya lazımdır. Hələ də dövlətdən 15 milyon manat dotasiya alınmalıdır. Hələ də gediş haqqı xərcləri ödəmir?. Bunu Azadlıq Radiosuna Metropolitenin rəisi Tağı Əhmədov deyib. Onun sözlərinə görə, qiymətlərin qalxmasından əvvəl metro daha çox ziyanla işləyirdi. Bunun qarşısını almaq üçün təkcə bu il hökumət metroya 33 milyon manat dotasiya ayırıb. Tağı Əhmədov gediş haqqının qaldırılmasının az təminatlı şəxslər arasında narazılıq yaratmasına da münasibət bildirib: - Mən xahiş etməmişəm ki, metroya minsinlər. Avtobus ucuzdur getsinlər avtobusa minsinlər. - Tağı müəllim, avtobusların qiyməti metro qiymətindən hələ də yüksəkdir... - Onda məndən nə istəyirlər ki? Qeyd edək ki, Tarif Şurasının qərarına görə oktyabrın 1-dən Bakı Metropolitenində gediş haqqı 15 qəpiyə qaldırılıb. Bundan əvvəl metroda gediş haqqı 5 qəpik idi. Şəhərdaxili avtobuslarda gediş haqqı isə 20 qəpikdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA