Azərbaycanda ölkə üzrə pensiyacıların 28 faizini ahıl vətəndazlar təzkil edir

img

01-10-2009 [12:01]


Məlum olduğu kimi, 1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hazırda ölkə üzrə pensiyacıların 28 faizini ahıl vətəndaşlar təşkil edir. Belə ki, hazırda 70 yaşdan yuxarı 365 467 nəfər əmək pensiyası alır. Məlumatda bildirilir ki, prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi sahəsində həyata keçirilən dövlət siyasəti nəticəsində son illər yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və pensiyaların artırılması istiqamətində görülən işlər dövlətin bu sahəyə diqqətini əyani şəkildə sübuta yetirir. Digər pensiyaçılar kimi ahılların da problemləri həmişə diqqət mərkəzindədir. Onların pensiyalarının təyinatı, vaxtında və ən mütərəqqi metodlarla (plastik kartlarla bankomatlardan və ya POS-terminallardan) ödənilməsi üçün bütün imkanlardan istifadə edilir. Yaxın perspektivdə ?2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta- pensiya sisteminin inkişafına dair Dövlət Proqramı?na uyğun olaraq bu məsələlərin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA