Son dörd ayda 1100 nəfərə ümumlikdə 47 milyon manat ipoteka krediti verilib

img

30-09-2009 [05:54]


Azərbaycan İpoteka Fondu 1 iyun 2009-cu il tarixindən ölkədə ipoteka kreditləşməsinin bərpa olunmasından bugünədək 1100 nəfərə yaxın vətəndaşa ümumi həcmi 47 mln.manat təşkil edən ipoteka krediti verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan İpoteka Fondunun mətbuat xidmətliyindən məlumat verilib. Verilən məlumata görə, təkcə 2009-cu ilin sentyabr ayında 14 mln. manat məbləğində ipoteka krediti verilib və 300-dən artıq ailə öz yaşayış-mənzil şəraitini yaxşılaşdırıb: ?Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 122 mln.manatı keçib. Nəticədə 3100-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub. İpoteka Fondundan o da bildirilib ki, adi ipoteka kreditləri ilə yanaşı güzəştli ipoteka kreditlərinin verilməsi də davam edir və bu kreditlərə də əhali arasında yüksək tələbat müşahidə olunmaqdadır. Belə ki, 2009-cu ilin sentyabr ayının sonunadək müvəkkil banklara güzəştli ipoteka kreditləri ilə bağlı daxil olmuş müraciətlər üzrə ümumi məbləğ 8 mln. manatdan artıq olmuşdub: ?Məlum olduğu kimi, cari ilin dövlət büdcəsindən ipoteka kreditləşməsi üçün 14 mln.manat məbləğində vəsait ayrılıb və bu vəsaitin hamısının güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəltmək nəzərdə tutulur. Göründüyü kimi, güzəştli ipoteka kreditləşməsinin cari ildə davam etdirilməsi üçün kifayət qədər vəsait mövcuddur. Qeyd edək ki, AİF-in xətti ilə müvəkkil kredit təşkilatları tərəfindən əhalinin ipoteka kreditləri ilə təmin edilməsi stabil və aktiv şəkildə davam edir. Xüsusi vurğulamaq istəyirik ki, 30 sentyabr 2009-cu il tarixinədək banklar tərəfindən onlara ayrılmış limitlərin cəmi 72%i istifadə edilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin iyun ayından ipoteka kreditləşməsi bərpa edildikdən indiyədək banklara ayrılmış limitlərin həcmi 4 dəfədən çox artırılıb. Gələcəkdə də ipoteka kreditləşməsinin davamlılığını təmin etmək məqsədilə Fondun açıq bazardan əlavə vəsait cəlb etmək imkanları var və bu sahədə heç bir çətinlik yoxdur. Hazırda ipoteka kreditləşməsinin davam etdirilməsi üçün kifayət qədər resurslar mövcuddur və ehtiyac yarandıqca AİF tərəfindən müvəkkil banklara ayrılan limitlərin artırılması davam etdiriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA