Parabank yeni xidmətlər təklif edir

img

30-09-2009 [02:48]


Bank sferasında plastik kart bazarını dinamik inkişafda olan bir sahə kimi xarakterizə etmək olar. Bu sahədə müştərilər üçün yeni məhsullar, həmçinin bazarın konyukturasına uyğun olaraq müştəriləri qane edəcək daimi dəyişən xidmət tarifləri təklif olunur. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Parabank ASC də bu sahədə olan payının xüsusi çəkisini artırmaq məqsədi ilə bir sıra tədbirlər həyata keçirir. Buna misal olaraq, paytaxt və region filialları tərəfindən plastik kartlar verilməsi zamanı kartların hazırlanmasında və çatdırılmasında geçikmələrin qarşısının alınması, həmçinin müştərilərin əməliyyatlarla bağlı sorğularını operativ cavablandırması məqsədi ilə təkminləşdirilmiş yeni bir bankdaxili sistem yaradılıb. Müntəzəm olaraq, yeni plastik kart məhsullarının satışı və xidməti ilə bağlı işçilər üçün xüsusi kurslar təşkil edilib: ?Müştərilərimizin rahatlığı üçün artıq tərəfimizdən Mobil banking və Card to card xidmətləri də onlara təklif olunur. Bununla yanaşı, artıq müştərilərimizə 1 kartda Debet və Kredit funksiyası cəmləşən kartlar da təqdim edirik. Bu cür kartlar həm müştəri üçün, həm də bank üçün əlverişli olması ilə fərqlənir. Mobil banking xidməti vasitəsi ilə müştərilərimiz artıq kart hesablarının hərəkatı, qalığı haqqında və s. məlumatları əldə edə biləcəklər. Card to card xidməti vasitəsi ilə müştərilər öz kart hesabından digər kart sahibinin hesabına pul vəsaiti köçürə bilərlər. Bundan sonra da kart sahibi olan müştərilərimizi adəti üzrə sevindirmək istəyirik, belə ki, kredit və ya debet kart növündən asılı olmayaraq, cari ilin sentyabr ayından etibarən Azərikard MMC prosesinq mərkəzində xidmət olunan 30 bank təşkilatının 560-a yaxın bankomatından vəsait çıxaran zaman onlar xidməti haqqı ödəməyəcəklər. Təbii ki, görülən işlərin nəticəsi bəhrəsini verməkdədir, belə ki, aktiv VİSA kartlarımızın sayı artıq 3 000-i keçmişdir. Bu rəqəmin cari ilin sonuna 5 000-ə çatdırılması prioritet məsələ olaraq qarşımıza məqsəd qoymuşuq. Hal-hazırda bir sıra yeni lahiyələr üzərində işləyirik. Buna misal olaraq, Master Card beynəlxalq sistemə qoşulmaq üçün hazırlıq işlərini, həmçinin ticarət və iaşə obyektlərindən kart istifadəçiləri üçün güzəştli kampaniyaların keçirilməsi üçün görülən işləri, paytaxt və regionlarda bankomat və POS terminalların sayının artırılması planını göstərmək olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA