Vahid Məhərrəmov: ?Hökumət pambıqçılığın inkizafına maraq göstərmir?

img

29-09-2009 [03:47]


?Hökumət taxılçılığa daha çox maraq göstərdiyindən pambıqçılığın ikişafını daha da azaldıb. Sahibkarların isə bu sahəyə o qədər də maraq göstərməməsinin səbəbi isə, bu sahədə məhsuldarlığın az olması və məhsulun maya dəyərinin baha başa gəlməsidir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov pambıqçılığın ölkəmizdə zəif inkişaf etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sahibkarlara pambıq istehsalının maya dəyəri 50 qəpiyə başa gəldiyi halda, hökumət onlardan məhsulu 30 qəpikdən alır: ?Azərbaycanda pambıqçılığın əvvəlki illərlə nisbətən zəif olmasının səbəbi məhsuldarlığın və hökumət tərəfindən bu sahəyə marağın az olmasıdır. Belə ki, ilbəil pambıqçılığa ayrılan torpaq sahələri azaldılır. Belə olan halda hansı inkişafdan danışmaqdan olar? Növbəli əkin sistemini formalaşdıranda həm taxılçılıqda, həm də pambıçılıqda məhsuldarlığı artırmış olarıq?. V.Məhərrəmovun qənaətincə, sahibkarlarda ruh düşkünlüyünü aradan qaldırmaq üçün hökumət bu sahəyə birinci növbədə subsidiya ayırmalıdır. Taxılın hər hektarına görə sahibkara 40 manat subsidiya ayrıldığı halda, bura bir qədər yüksək olmalıdır: ?Son zamanlar xaricdən pambıq istehsalı üçün hər hansı bir texnika gətirilməyib. Məsələn, bəzi Ərəb və ya MDB ölkələrində pambıq istehsalında müasir texnologiyadan və yaxşı və iri toxum növlərindən istifadə edilir. Ona görə də yüksək məhsuldarlıq əldə edirlər. Bizdə isə sadaldığım vasitələrin heç birinə əməl edilmir. Bunlar olmadan adıçəkilən sahəni genişləndirmək və inkişaf etdirmək mümkün olmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA