Bələdiyyə torpaqlarının satılması və icarəyə verilməsi ilə bağlı keçirilən hərraclar zəffaf aparılmır

img

29-09-2009 [02:30]


Bu gün Azərbaycan Media Mərkəzində ?İqtisadi Təşəbbüslərə Yardım? İctimai Birliyi bələdiyyə torpaqlarının satılması və icarəyə verilməsi ilə bağlı keçirilən hərrac və müsabiqələrin monitorinqinin nəticələrinə dair mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?İqtisadi Təşəbüslərə Yardım? İctimai Birliyi ?Azərbaycanda yerli özünüidarəetmə? layihəsi çərçivəsində Bərdə və Salyan rayonlarında bələdiyyə torpaqlarının satılması prosesinin monitorinqini aparıb. Monitorinqlərin aparılmasında məqsəd bələdiyyə mülkiyyətində olan torpaqların satışı və icarəsi ilə bağlı keçirilən hərrac və müsabiqələrin nə dərəcədə şəffaf və açıq təşkil edildiyini müəyyən etməkdir. ?İqtisadi Təşəbbüslərə Yardım? İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, iyul-avqust aylarında Bərdə və Salyan rayonlarında aparılan monitorinqin nəticəsi göstərir ki, hərrac və ya müsabiqənin bütün mərhələlərində bir çox nöqsanlar mövcuddur: ?Monitorin zamanı keçirilmiş sorğular və müsahibələr, habelə müşahidələr göstərdi ki, əsas problemlər hərrac və müsabiqəyə qədər olan dövrdə baş verir. Hərrac və ya müsabiqənin keçirilməsi isə daha çox formal xarakter daşıyır. Hərrac və ya müsabiqədən sonrakı dövrdə də müəyyən problemlər ortaya çıxır. Bundan əlavə, analizlər göstərdi ki, insanların torpaq satışı ilə barədə informasiyalarda problemlər mövcuddur. Halbuki ?Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları?na əsasən təşkilatçı, yəni Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi KİV-ləriylə yayılmasını təşkil etməlidir. Düzdür, Komitə ?Torpaq? qəzetində hərrac və müsabiqələrin keçirilməsi barədə bildirişlər çap edir. Ancaq ayda 1000 nüsxə çap olunan qəzeti tapmaq olmur. Monitorinq çərçivəsində məlum oldu ki, Bərdə rayonuna cəmisi 5, Səlyanda isə 7 nüsxə ?Torpaq? qəzeti gəlir. Bu nüsxələri də torpaq komitəsinin yerli şöbəsi və rayon icra hakimiyyəti əldə etdiyindən bələdiyyə və əhaliyə demək olar ki, çatmır. Bundan əlavə, qəzetdə qanunvericilikdə çap olunması məlumatların bir hissəsi əksini tapmır: - torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxsin, yəni bələdiyyənin ünvanı, dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin nömrəsi (ancaq bələdiyyənin adı göstərilir); - müsabiqə və ya hərracın keçirilməsi şərtləri; - müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlərin siyahısı; - müsabiqə və ya hərracda iştirak etmək üçün ərizə forması; S.Əliyev onu da bildirib ki, hərrac və ya müsabiqəöncə əsas problemlərdən biri də satışa çıxarılan torpağın sənədləşdirilməsi məsələsidir: ?Torpağın sənədləşdirilməsi üçün çəkilən xərclər bir qayda olaraq yüksək olur. Bu xərclər hətta torpağın satış qiymətindən də baha olur. Hərrac və ya müsabiqənin nəticələrinin ləğvi isə rəsmiləşdirmə xərclərini bir qədər də artırır?. ?İqtisadi Təşəbbüslərə Yardım? İctimai Birliyinin sədr müavini Rövşən Ağayev isə Azərbaycanda əmlak bazar qiymətinin formalaşması mexanizminin olmadığını bildirib. Onun sözlərinə görə, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə əmlak bazar qiymətinin formalaşması mexanizmləri mövcuddur: ?Ədliyyə Nazirliyinin Bələdiyyələr İş Mərkəzi tərəfindən Hərrac komissiyasına məktub göndərilərək hərrac və ya müsabiqələrin nəticələrinin ləğv olunduğunu bildirir. Nazirlik rəsmi məktubunda bunun səbəbini torpağın bazar qiymətindən aşağı satılması ilə izah edir. Qanunvericilikdə göstərilir ki, torpaq Nazirlər Kabinetinin müəyyən etdiyi normativ qiymətdən aşağı satıla bilməz. Hərrac və ya müsabiqədə satılan torpaqlar isə bu normativdən ən azı 2 dəfə baha satılır. Deməli, Ədliyyə Nazirliyi qiymətin real qiyməti əks etdirməməsi ilə bağlı fikrində haqlı olsa da, hüquqi baxımdan hərrac və ya müsabiqənin nəticəsini ləğv etmək səlahiyyəti yoxdur?. R.Ağayev onu da bildirib ki, müsabiqə ilə hərrac arasında böyük fərqlər mövcuddur. Belə ki, torpaq müsabiqdə daha baha qiymətə satılır: ?Ona görə də hərracla bağlı yeni mexanizmlər işlənilib hazırlanmalıdır. İnanmıram ki, torpaq sahəsidə mövcud mexanizm bir qədər də davam etsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA