AiB-lə Təhsil Nazirliyi razılığa gəlib

img

28-09-2009 [03:22]


Azad İstehlakçılar Birliyinin (AİB) kənd bələdiyyələri ilə bağlı həyata keçirdiyi layihənin icrası uğurla davam edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AİB sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, hazırda vətəndaş təşəbbüslərinin dəstəklənmə mərhələsidir: ?Neftçala, Sabirabad, Saatlı və Salyanda kənd yerlərində yaşayan insanlar bizə müraciət edərək bələdiyyələrin və əhalinin sosial və ekoloji problemlərinin həlli məqsədilə qeyri-hökumət təşkilatları yaratmaq istəkdiklərini bildiriblər. Biz onlara yalnız texniki köməklik göstərəcəyik. Hazırda sənədlər hazırlanıb Ədliyyə Nazirliyinə təqdim edilir. Düşünürük ki, nazirlik bu işə müsbət yanaşacaq. Çünki kəndin sosial problemlərinin həllində onlar dövlətə, bələdiyyəyə və əhaliyə dəstək olacaqlar. Sənədlər təqdim olunduqdan sonra beynəlxalq və yerli donorların kəndin sosial və ekoloji problemlərinin həllinə necə cəlb edilməsinə dair treninqlər keçirəcəyik. Bununla da yaradılacaq təşkilatlar bu istiqamətdə layihələr hazırlaya biləcəklər. Əlavə olaraq, ?Konterpart international? təşkilatı AİB-in bu layihəsinə 5 dəst kompüter hədiyyə etmək və maliyyə dəstəyi ayırmaq istəyir. Ayrılacaq maliyyə vəsaiti ilə təbliğat materialları dərc olunacaq. Layihə 2010-cu ilin sonunadək yekunlaşacaq?. AİB sədri deyib ki, tezliklə kənd məktəblərində istehlakçı biliklərinin artırılması istiqamətində də iş aparılacaq: ?Artıq Təhsil Nazirliyi buna müsbət cavab verib. Bu həm də dövlət siyasətinin yerlərdə dəstəklənməsi kimi şərh olunur. Belə ki, prezidentin 24 iyun tarixli ?İstehlakçı hüquqlarının qorunması və antiinhisar siyasətinə dair dövlət xidmətinin yaradılması? fərmanının dəstəklənməsidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA