Vahid Əhmədov: ?Əməkhaqları və pensiyalar artırılacaq?

img

25-09-2009 [05:27]


?2010-cu il Dövlət Büdcəsinin gəlir və xərc hissəsində müəyyən dəyişikliklərin olacağı gözlənilir. Bundan əlavə, nəzərdə tutulmuş bir sıra investisiya layihələri də ixtisar oluna bilər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, büdcədə dəyişikliklərin olması başadüşüləndir: ?Hələki hesablamalar aparılır. Ancaq büdcəyə mütləq yenidən baxılmalıdır, çünki neftin qiymətində dəyişiklik var. Mənim aldığım məlumata görə, büdcədə neftin qiyməti 45 dollardan hesablanacaq. Çünki büdcənin əsas hissəsi neftdən gələn gəlirlər hesabına formalaşır. Bu nöqteyi-nəzərdən də əlavə xərc hissəsində müəyyən dəyişikliklər olacaq?. V.Əhmədova görə, sosial sferada, layihələrdə dəyişikliklər olmayacaq: ?Dəyişiklik ancaq investisiya layihələrində ola bilər. Çünki hələ 2009-cu ilin dövlət büdcəsi də müəyyənləşəndə 4,9 milyard manata yaxın investisiya layihələri nəzərdə tutulmuşdu. Amma bu rəqəm 3 milyardı keçmədi. Çünki neftin qiymətində kəskin azalmalar olmuşdu. Hələki dünyada maliyyə böhranı qutarmayıb. Çox cüman ki, böhran 2011-ci ilə kimi davam etsin. Bir neçə dəfə aparıcı ölkələr yığışaraq heç bir uğurlu qənaətə gələ bilmədilər. Çünki birjalarda neftin qiyməti bir sıra siyasi və iqtisadi məsələlərdən asılıdır. Onu da nəzərinizə çatdırım ki, ölkə başçsının göstərişi var ki, sosial layihələrə toxunulmasın. Belə ki, ildə üç dəfə istər əməkhaqları, istərsə də pensiyaların artırılması nəzərdə tutulub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA