Natiq Əliyev: ?Azərbaycan gələn il alternativ enerji layihəsinin icrasına bazlayacaq?

img

23-09-2009 [05:47]


?Azərbaycana hələlik nüvə stansiyası lazım deyil?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri jurnalistlərin suallarını cavablandırarkən sənaye və energetika naziri Natiq Əliyev deyib. Onun sözlərinə görə, əgər bu iri miqyaslı elektrik enerjisi istehsalı üçün nəzərdə tutulubsa, Azərbaycan artıq xaricdən enerji idxalı asılılığından azad olunmaqla öz enerji təhlükəsizliyini tam təmin edib, hətta bir sıra enerjidaşıyıcıların ixracını həyata keçirir. N.Əliyev Azərbaycanın energetika sektorunda görülən işlər barədə məlumat verərək, qeyd etdi ki, elektrik enerjisi istehsalının artırılması istiqamətində işlər başa çatmaq üzrədir. Nazir bildirdi ki, yaxın illər ərzində elektrik stansiyalarının generasiya gücünün 10 min MVt-a çatdırılması nəzərdə tutulur: ?Hazırda bu sahədə işlər aparılır və hesab edirik ki, xarici şirkətlərin bu işdə köməyi böyük olub. Bu gün ən vacib məsələlərdən biri də enerjinin daşınmasıdır ki, bu sahədə itkilər böyükdür. Yüksək gərginlikli xətlərin çəkilməsi, həmçinin alternativ enerji mənbələrinin istifadəsi istiqamətində işlər aparılır?. Nazir qeyd etdi ki, son 2 ildə 5 bölgədə ümumi gücü 450 MVt olan modul stansiya tikilib istifadəyə verilib. Həmçinin N.Əliyev vurğuladı ki, Azərbaycan hökuməti xarici şirkətlərin alternativ enerji mənbələrinin istifadəsi, eləcxə də su elektrik stansiyalarının yaradılmasında iştirakına maraqlıdır: ?Azərbaycan gələn il alternativ enerji layihəsinin icrasına başlayacaq. Azərbaycanın ucqar bölgələrində külək elektrik stansiyaları qurulacaq?. Nazir qeyd etdi ki, Azərbaycanın elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsal təxminən 7 faiz azalıb. Xəzər regionu böyük karbohidrogen ehtiyatına malik olduğunu bir daha qeyd edən nazir Azərbaycanda bu ehtiyatların beş trilyon ton şərti yanacaqla qiymətləndirildiyini söylədi. ?Gördüyünüz kimi hər il proqnoz göstəricilərdə dəyişiklər olur. Əgər xatırlayırsınızsa, 2004-cü ildə proqnoz göstərici 5 milyard kubmetr idi, 2009-cu il üçünsə 27 milyard kubmetr qaz hasil etmək planlaşdırılır?, - deyə nazir vurğuladı. Artıq qazma-kəşfiyyat işlərində xarici şirkətlərin köməyinə ehtiyac olmadığını qeyd edən N.Əliyev bu il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bir sıra yataqlarda müstəqil kəşfiyyat işərinin aparılacağını bəyan etdi: ?Bunu sərbəst şəkildə aparmaq həm dövlət şirkətinin maddi texniki bazası, həm də dərin qazma laylarda iş apara biləcək mütəxəsislərinin olması imkan verir. Neft Şirkəti bu il təxminən 8 milyard kubmetr qaz hasil etməyi planlaşdırır?. N.Əliyev paraleli olaraq ?Azəri-Çıraq-Günəşli? yatağı blokunda dərində yerləşən qazın işlənməsi layihəsi çərçivəsində xarici şirkətlərlə danışıqların davam etdirildiyini söylədi: ?Bütün bu layihələrin işlənməsi böyük vəsaitlər tələb edir. Təkcə Azərbaycanın ?Şahdəniz? qaz yatağının işlənməsi layihəsinin II fazasına 22 milyard dollar sərmayə tələb olunur?. Türkiyə ilə qaz alqı-satqısının bu günə qədər yubadılması ilə bağlı suala gəlincə, nazir dedi ki, bu şirkətlər arasında razılaşdırılmalı məsələ olduğundan bu haqda konkret fikir söyləmək düzgün olmaz: ?Bu məsələni siyasətlə bağlamaq düzgün olmaz. Biz də bilirik ki, Türkiyə bizim həm strateji müttəfiqimiz, həm də dost-qardaş ölkədir. Ancaq qazı alan və satan şirkətin öz kommersiya maraqları ən əsası da dünya bazarındakı real vəziyyət nəzərə alınmalıdır. Verilən qərar bir tərəfi qane edən məsələlri özündə əks etdirməməlidir. Mənim də məlumatıma görə, danışıqlar davam etdirilir. Çox güman ki, yaxın vaxtlarda ortaq razılaşmanın şahidi olacağıq?. N.Əliyev 2010-cu ildən Rusiyaya ildə azı 500 milyon kubmetr qaz nəql ediləcəyini bildirdi. Onun sözlərinə görə, hazırda boru kəmərində təmir işləri aparılır və ilin sonuna bu layihəyə start verilməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA