Suveren Fondların Beynəlxalq Forumunun iclası Bakıda keçiriləcək

img

23-09-2009 [05:33]


8-9 oktyabr 2009-cu il tarixlərində Azərbaycan hökuməti və Azərbaycan Respublikası Dövlət Neft Fondunun təşkilatçılığı ilə Bakı şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) ilk iclası keçiriləcək. Ğüstəqil İnformasiya Agentliyinin xəbərinə görə, dünyanın 20-dən artıq ölkəsinin suveren fondlarının yüksək səviyyəli nümayəndələrinin iclasında qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı inkişaf müzakirə ediləcək və Forumun gələcək fəaliyyətini müəyyənləşdirmək üçün iş planı razılaşdırılacaqdır. Tədbirdən sonra SFBF tərəfindən iclasa dair bəyanat hazırlanacaq və Bakı görüşünün yekunlarına dair mətbuat konfransı keçiriləcək. Kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası və KİV-lə əlaqədar digər məsələlərlə bağlı 2 oktyabr 2009-cu il tarixindən gec olmayaraq Neft Fondunun Mətbuat katibi Cəmalə Əliyevadan + 994 12 498 65 34 əlaqə nömrəsi və ya jamala.aliyeva@oilfund.az poçt ünvanı vasitəsilə məlumat almaq mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA