Avtomobillərin qiyməti 1,9 faiz ucuzlazıb

img

23-09-2009 [02:38]


Azərbaycanda avtomobillərin qiyməti 1,9 faiz ucuzlaşıb. ?Əmlak bazarı iştirakçıları? ictimai birliyindən Ğüstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, təkrar avtomobil bazarında ay ərzində passivlik qeydə alınıb. Təkrar avtomobil bazarında araşdırma predmeti olan 7450-dən artıq avtomobilin 38,2 faizi bazara, son bir ayda təklif olunub. Qalan 61,8 faizi isə əvvəlki aylardan qalan avtomobillərdir. Əvvəlki ayla müqayisədə təklif üzrə artım 8,2 faiz təşkil edib. Təklifin artmasına baxmayaraq, tələb 3,1 faiz azalıb. Satış mərkəzlərinə müraciət edənlərin sayında nisbi artım qeydə alınsa da, bu, bağlanan əqdlərin dinamikasının artmasına təsir göstərməyib. Əmlakın bu növü üzrə risk dərəcəsi hələ də yüksək olaraq qalıb. Avronun dolları üstələmə tendensiyası idxal olunan avtomobillərin qiymətlərində özünü göstərsə də, bazarda passiv tendensiyanın davam eləməsi və tələbin aşağı olması avtomobillərin satış qiymətlərinin artmasının qarşısını alıb. Avtomobillərin satış qiymətləri artmasa da, sahibkarlar xarici valyutaların denaminasiyasının bazara mənfi təsir göstərdiyini və avtomobillərin gəlirlik dərəcəsinin azaldığını bildirirlər. İki ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası ?Mercedes-Benz?in təklif üzrə payı ümumi portfeldə 37,3 faizə qalxıb (artım 9 faiz). ?Mercedes-Benz? ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyub. Ən çox təklif edilən 9 markanın təklif üzrə payı 82,6 faiz təşkil edib. Yerdə qalan 17,4 faiz isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür. Qeyd edək ki, tədricən ili köhnə olan avtomobillərə maraq azalır. 1998-2001-cu illərin istehsalı olan avtomobillərin bazarda 1996-1997-ci illərin markalarını üstələmə tendensiyası davam edir. Bununla yanaşı ili yeni olan avtomobillərə olan marağın artımı təklifdə özünü göstərir. Ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bazarda üstünlük 2000-ci ildən sonra istehsal olunan avtomobillərə keçəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA